Menu
Geri İrəli

Tahir Mirkişili: “Rəqəmli İnqilab sürətlə varlanmaq və sürətlə yoxsullaşmaq yoludur”

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Yanvar 2016 • Baxış sayı: 807 dəfə • Şərh yoxdur

tahir mirkisili22İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili  

“Dünyada 4-cü Sənaye İnqilabı (Fourth İndustrial Revolution) və ya Rəqəmli İnqilab (Digital Revolution) baş verməkdədir. Bu inqilab texnologiyaların gücündən istifadə etməklə, daha keyfiyyətli xidmətlərin yaranmasını, dünyanın hər yerindən ağıllı ideyaların yığılmasını, köhnəlmiş iş metodlarından imtinanı əhatə edir. Ancaq bu inqilabın “ürəyində” 2 əsas liberal ideya var: bu fərdi hüquqların artması və sosial hüquqların azalması ideyalarıdır.”

Bu fikirləri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili dünyada baş verən rəqəmli inqilaba münasibət bildirərkən söyləyib.

Tahir Mirkişili bildirib ki, bu inqilab tamamilə yeni imkanlar yaradır: istehlakçılar üçün böyük seçim, yeni tip iş yerləri və s… Amma bu imkanlarla yanaşı bu inqilabın məhv edəcəyi kifayət qədər ənənəvi sahələr var. Məsələn, texnologiyaların inkişafı yüklərin daşınmasında sürücüsuz nəqliyyatdan istifadəni gətirəcəkdir ki, bu da dünyada 100 minlərlə yük avtomobili sürücülərinin işsiz qalması demək olacaqdır. Və ya, artıq bir neçə ildi fəaliyyətə başlayan yüksək texnologiya şirkəti olan UBER texnologiyaları dünyanın 50-dən çox şəhərində 10 minlərlə taksi sürücülərinin işsiz qalmasına artıq səbəb olub.

“Davosda Dünya İqtisadi Forumunda çıxış edən ABŞ-ın vitse prezidenti cənab Joe Biden etiraf edib ki, Rəqəmli İnqilab dünyada orta sinifi məhv edə bilər.

Bu inqilab artıq baş verməkdədir. Bəs nə etməli?
Dünyanın analitik iqtisadçılarının fikrincə, öncə çevik, sürətli təkrar təhsil sistemi formalaşmalıdır. Bu sistem işlərini itirən və ya itirmək təhlükəsi ilə üzləşən orta sinifin çevik formada yenidən hazırlanmasını təmin edəcəkdir.

Dövlətin yolların çəkilməsi, körpülərin tikilməsi, internetin yayılması və s kimi fundamental öhədlikləri daim yerinə yetirilməli və buna investisiyalar daim qoyulmalıdır.

Gəlirlərin səviyyəsinə uyğun tam proqressiv vergitutma sistemi yaradılmalıdır. Rəqəmli inqilab sürətlə varlnmaq və sürətlə yoxsullaşmaq yoludur. Ona görə sosial ədaləti qorumaq üçün vergi dərəcələri arasında dramatik fərqlər olmalıdır.
Kapitalın hərəkərinin qarşısını alacaq istənilən maneə aradan qaldlrılmalıdır və insanların kapitala asan çıxışı təmin olunmalıdır.

Azərbaycanda görülən, planlaşdırılan layihələrə fikir verdikcə, bizim ölkəmizin də əslində artıq bir neçə ildir ki, Rəqəmi İnqilaba hazırlaşdığımızı görmək mümkündür. Dövlət üzərində düşən fundamental öhdəlikləri yerinə yetirmək üçün bütün resursları səfərbər etməkdədir. Bütün bu addımların məntiqi nəticəsi isə Azərbaycanda innovativ iqtisadiyyatı qurmaq, ənənəvi əmək metodlarından müasir məhsuldarlığa keçmək, yeni texnologiyaların yeni iqtisadiyyatın “ürəyi” olmasını təmin etməkdir. Ölkə Prezidenti cənab İlham Əliyev bu gün Davosda Dünya İqtisadi Forumunda məhz bunlardan söz açdı.”- deyə, millət vəkili qeyd edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın