Menu
Geri İrəli

Tahir Mirkişili: “Sumqayıtda gənclərin birləşib məsələlərə yeni yöndən baxmasına ehtiyac var”

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Oktyabr 2015 • Baxış sayı: 759 dəfə • Şərh yoxdur

Tahir4

Yeni Azərbaycan Partiyasının 42 saylı Sumqayıt ikinci seçki dairəsindən Milli Məclisə seçkilərdə deputatlığa namizədi olan Tahir Mirkişili rəsmi facebook səhifəsində paylaşım edib.

sumqayitxeber.com həmin müraciəti təqdim edir:

 ”Sumqayıtda bütün gənclərin birləşib, vahid güc halında məsələlərə yeni yöndən, yaradıcılıq baxış bucağından baxmasına böyük ehtiyac var”

 Bu gün Stansiya Sumqayıtda seçicilərimizlə görüşümüz oldu. Çox maraqlı və səmimi bir görüş keçdi. İndiyə qədər kütləvi görüş şəklində 2000-ə yaxın seçici ilə uğurlu görüşlərimiz olub. İnsanların Yeni Azərbaycan Partiyasına inamı hər görüşdə öz təzahürünü göstərir. Təbii ki, insanların qayğıları dinlənilir, protokollaşdırılır və həlli üçün müvafiq tədbirlər də görülür. Ümumi olaraq insanların qayğıları 3 istiqaməti əhatə edir:

1. Bəzi seçicilər infrastrukturun (yol, bina və s) daha da yaxşılaşmasını arzu edirlər – bu istiqamətdə şəhərin müvafiq strukturları onsuz da plan ilə iş görürlər və bu iş şəhərin bütün yerlərində görülür, ictimai-iaşə müəssisələrinin, evlərin damlarının təmiri ilə əlaqədar böyük planlar var, və əminəm ki yaxın gələcəkdə bu problemlər olmayacaq. Yəni bu iş millət vəkilli qarışmadan da öz həllini tapmaq iqtidarındadır.

2. İşsizlik problemi – Bu bizim partiyanın da son illər mübarizə apardığı ən əsas məsələlərdən biridir, və hər kəs qəbul edir ki, bu istiqamətdə ciddi uğurlar əldə olunub. Lakin bu istiqamətdə işlər daim aparılmalıdır. Əsas diqqət sahibkarlara əlverişli fəaliyyət imkanlarının yaradılmasıdır ki, məhs onlar gəncləri işə götürsünlər. Bu istiqamətdə də ciddi planlar mövcuddur. Təkcə Sumqayıt Kimya Sənayesinə cəlb ediləcək sahibkarların fəaliyyəti nəticəsində 10 000-ə yaxın yen iş yerləri açılacaq. Texnopark, Xüsusi Zonaların Sumqayıta salına bilmə layihələri, Peşə məktəblərini inkişafı və digər bizim gələcək planlarımız bu istiqamətdə köklü və keyfiyyət dəyişikliklərinə gətirib çıxara biləcəkdir.

3. Seçilmiş millət vəkillərinin daim seçicilərin yanında olması, onların əlçatan olması, onların səslərinin icra orqanlarına çatdırılması – biz Açıq Hökumət layihərinin tətbiqinin daim tərəfdarı və dəsyəkçisi olmuşuq. Hal hazırda belə seçicilərimizin bizimlə ünsiyyəti üçün mümkün bütün yolları açmışıq: Sosial şəbəkələrdən müraciət edə bilirlər, xüsusi yaradılmış veb sayt (tahirmirkishili.az) vasitəsilə müraciət edə bilirlər, qrafiki əvvəlcədən elan olunmuş kütləvi görüşlər zamanı və partiyanın qərargahında yaradılmış seçki qərargahı vasitəsilə müraciət ede bilirlər. Artıq yüzlərlə belə müraciərlər, ideyalar, təkliflər var. Biz seçildiyimiz zamanı bütün bu əlaqə vasitələrini daim açıq saxlamaq fikrindəyik.

Təbliğat müddətinin sonuna qədər 10 000 ə yaxın seçici ilə şəxsən olaraq görüşmək, öz səmimi fikirlərimizi və ideyalarımızı, partiyamızın hədəflərini onlara çatdırmaq fikrindəyik.

Ən əsası isə – Sumqayıtda bütün gənclərin birləşib, vahid güc halında məsələlərə yeni yöndən, yaradıcılıq baxış bucağından baxmasıdır. Hər kəs özünə sual verməli – Mən bu şəhər, onun sakinləri üçün nə etmişəm? Böyük zirvələr arzu edək ki, kiçik maneələr bizi dayandırmasın!

Facebook Şərhləndirmə:

Şərhinizi yazın