Menu
Geri İrəli

Tahir Mirkişili: “Tezliklə Sumqayıtda Elektrik Sərnişin Daşıma vasitələrini də görmək mümkün olacaq”

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Dekabr 2015 • Baxış sayı: 1,583 dəfə • Şərh yoxdur

fermanAzərbaycan Respublikası Milli Məclisinin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Sumqayıtın millət vəkili Tahir Mirkişili Prezident İlham Əliyevin Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında imzaladığı fərmana münasibətini bildirib. “sumqayitxeber.com” xəbər verir ki, millət vəkili açıqlamasında Sumqayıtın yeniliklər şəhərinə çevriləcəyini vurğulayıb:

Tahir4

“Dünən imzalanmış Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı sərnişin daşınmasının inkişafı sahəsində tədbirlər görülməsi, sərnişin daşıyan avtomobil nəqliyyatı subyektləri tərəfindən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına riayət olunmasına nəzarət edilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının təşkili və bu sahədə dövlət sifarişinin formalaşdırılması, avtomobil nəqliyyatı ilə sərnişindaşımanın vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməsi Sumqayıt Şəhər İcra Hakimiyyətinə həvalə olundu.

Qeyd edim ki, bu Azərbaycanda ilk belə bir Pilot layihədir. Digər bütün şəhərlədə bu funksiyaları Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti yerinə yetirir.

Dünya təcrübəsində Şimali Amerika ölkələrində bu funksiyaları yerli idarəetmə orqanları, Avropa təcrübəsində isə əsasən dövlət sənişin daşıma şirkətləri yerinə yetirir.

Pilot layihənin Sumqayıtda həyata keçirilməsi təqdirəlayiqdir. Hesab edirəm ki, tezliklə Sumqayıtda Elektrik Sərnişin Daşıma vasitələrini də görmək mümkün olacaqdır.

12341331_1550755525165097_3523688643452400744_n

Sumqayıt şəhərində tamamilə yeni innovativ layihələrin həyata keçirilməsinə başlanılması yaxın vaxtlarda şəhərin inkişafından xəbər verir. Hesab edirəm ki, planlaşdırılan Pilot layihələrin reallaşması, innovasiyaların tətbiqi Sumqayıt şəhərinin ölkə iqtisadi və mədəni mühitində öz layiqli yerini tutmasına səbəb olacaqdır!”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın