Menu
Geri İrəli

Tahir Mirkişili: “Yeni qanun layihəsi ölkə iqtisadiyyatı qarşısında yeni imkanlar açır”

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Mart 2016 • Baxış sayı: 2,272 dəfə • Şərh yoxdur

received_10153914440332482Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili  Dövlət başçısının təşəbbüsü ilə Milli Məclisə daxil olan, qısa adı “Tik-İdarəet-Təhvil ver” olan qanun layihəsinə münasibət bildirib.

Millət vəkili açıqlamasında bildirib ki, dünyada iqtisadi inkişafa nail olmağın ən önəmli yollarından biri də Dövlət-Özəl sektor əməkdaşlığı (Public Private Partnership) modelidir: “Bu modəl ənənəvi olaraq dövlət tərəfindən göstərilən xidmətlərin müəyyən dövr ərzində özəl sektor tərəfindən göstərilməsini özündə əks etdirir. Bu həm dövlətin üzərinə düşən təsərrüfat yüklərini daha da azaldır, həm də iqtisadiyyatın daha da liberallaşmasına səbəb olur. Daha çox xarici investorları cəlb etmək məqsədi olan bu model 1980-ci illərin əvvəllərindən başlayaraq dünyanın əksər ölkələrində geniş tətbiq olunmaqdadır. Yeni forma və məzmun almağa başlayan Azərbaycan iqtisadiyyatı da təbii olaraq bu modelin tətbiqini labüd edir.”

Millət vəkili  Dövlət başçısının təşəbbüsü ilə Milli Məclisə daxil olan qanun layihəsinin ölkə iqtisadiyyatı qarşısında tamamilə yeni imkanlar açdığını vurğulayıb:  ”Layihənin qısa məzmunu – indiyə qədər əsasən dövlətin yerinə yetirdiyi layihələrin (körpülər, yollar, hava limanları, fabriklər, idman qurğuları və s) investorlara maksimum güzəştli şərtlər yaratmaq yolu ilə onların bu layihələri öz vəsaitləri hesabına yerinə yetirmələri, müəyyən dövr ərzində (49 ilə qədər) işlətmələri və bu müddətdən sonra dövlətə təhvil vermələri nəzərdə tutulur. Məsələn, Rusiyada Pulkovo hava limanı, Gürcüstanda Tiflis hava limanı, Türkiyədə 100-lərlə layihələr, Avropa La-Manş tuneli və s bu model çərçivəsində yerinə yetirilib. Qanunun qəbulu ölkə iqtisadiyyatı üçün mühüm perspektivlər vəd edir.”
Sumqayitxeber.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın