Menu
Geri İrəli

Tahir Mirkişili Zakir Fərəcovun fəaliyyətini qiymətləndirdi

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Dekabr 2015 • Baxış sayı: 2,935 dəfə • 2 şərh

tahir mirkisiliTahir Mirkişili: “Şəhər təsərrüfatının inkişafı istiqamətləri planlı şəkildə müəyyən olunub və bu plan ardıcıl olaraq yerinə yetirilməkdədir”

“Hər bir şəhərin inkişafında ona rəhbərlik edən şəxsin çox böyük rolu olur. Şəhər rəhbərinin idarəetmə qabiliyyəti, müasir fikir və metodlara sahib olması, şəhər təsərrüfatını çox yaxşı bilməsi, insanların ehtiyac meyarlarını əla bilməsi şəhərin sürətlə inkişafına, onun iqtisadi, sosial və mədəni durumunun yüksəlməsinə səbəb olur.”

Bu fikirləri Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan  Zakir Fərəcovun 100 günlük fəaliyyətinə münasibətini bildirərkən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Sumqayıtın millət vəkili Tahir Mirkişili sumqayitxeber.com”a açıqlamasında deyib.

 O, qeyd edib ki,  ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Zakir Fərəcovun Sumqayıt şəhərinə rəhbər təyin edilməsi şəhər sakinlərin tərəfindən böyük sevinclə qarşılanıb. Peşəkar iqtisadçılar bunu uğurlu iqtisadi addım, şəhərin iqtisadi inkişafına yeni bir başlangıc kimi qiymətləndirdilər.

Millət vəkili onu da qeyd edib ki, təqdirəlayiq haldır ki, elə ilk günlərdən şəhər təsərrüfatının inkişafı istiqamətləri planlı şəkildə müəyyən olunub və bu plan ardıcıl olaraq yerinə yetirilməkdədir:

“ Qısaca olaraq bu planın təfərrüatlarına nəzər yetirsək müxtəlif alt istiqamətləri görə bilərik:

İnfrastruktur istiqaməti: Şəhər giriş yolu genişləndirilir, onun ətrafı abadaşdırılır, məhəllə daxili yollar abadlaşdırılır, məktəb və uşaq baxçaları təmir olunur, kommunal təsərrüfat yenilənir. Bu işlər sürətlə görülməkdədir. Ölkə Prezidentin son fərmanına uyğun olaraq məhz Sumqayıtda sərnişin daşıma üzrə Pilot layihənin həyata keçirilməsi bu sahədə hər bir şəhər sakininin gözlədiyi çox böyük uğurlardan xəbər verir.

İqtisadi istiqamət: Tam müasir kimya sənayesi yaradılır, xarici investorlar cəlb olunur. Bu məqsədlə ölkə Prezidentinin Sumqayıta son səfəri görülən və görüləcək işlərin nəhəng miqyasını göstərdi.

Turizm istiqaməti: Müasir və gözəl dəniz kənarı bulvarın yaradılması, müxtəlif idman və əyləncə məkanlarının yaradılması. Artıq dəniz kənarə ərazidə qrunt işləri yekunlaşmaq üzrədir.

Təhsil, səhiyyə və Mədəniyyət mərkəzi: uşaq baxçalarında uşaqlar üçün müasir şəraitin yaradılması, təhsil ocaqlarında yenişəmənin həyata keçirilməsi, xəstəxanaların müasit tələblərə cavab verməsi və mədəniyyət tədbirlərinin keçirilməsi. Son vaxtlarda aktiv olaraq şəhər rəhbərinin şəxsən təhsil, səhiyyə və mədəniyyət ocaqlarlna baş çəkməsi böyük dəyişikliklərin əsasını qoymaqdadır. Tam müasir, çox funksiyalı Heydər Əlliyev Mərkəzinin tikintisinə artıq başlanılıb və bu mərkəz öz müasir funksiyaları ilə şəhər sakinlərinə xidmət edəcəkdir.”

Ümumiyyətlə, qısa müddət ərzində şəhər rəhbəri cənab Zakir Fərəcovun rəhbərliyi ilə bu qədər işlərin planlaşdırılması və həyata keçirilməsinə başlanılması hesab edirəm ki, çox böyük uğurlardan xəbər verir. Hər bir şəhər sakinin bu yenilik və dəyişikliyi dəstəkləməsi isə işlərin daha inamla həyata keçirilməsinə səbəb olmaqdadır.

Bu bir bir millət vəkili kimi məni də çox sevindirir. Milli Məclisdə təmsil etdiyim şəhərin innovasiyalar mərkəzinə çevrilməsi, şəhər rəhbərlyinin uğurlu fəaliyyəti məndə qürur hissi yaradır.

Mən də cənab Zakir Fərəcova bu maraqlı və innovativ fəaliyyətində uğurlar arzu edirəm!”

“sumqayitxeber.com”

Facebook Şərhləndirmə:

“Tahir Mirkişili Zakir Fərəcovun fəaliyyətini qiymətləndirdi” yazısına 2 cavab

  1. Usta deyir:

    Hörmətli millət vekilimiz mən də bir Sumqayıtli kimi sizin fikirlerinizlə tam razıyam və ümid edirəm ki, Zakir Fərəcov cənabları şəhərimizin olduqca böyük problemlərinin öhtəsindən layiqincə gələcəkdir.Mən 36-cı məhəllədə 1/22 evdə yaşayıram Ümummilli liderimiz Heydər Əliyevin heykəli ilə üzbəüz olan bu binanın həyətində tikilməkdə olan 440 kv-m -lik restoranın tikintisini dayandırdığına göre Zakir Fərəcov cənablarına minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, bu tikili tamamilə söküləcək , kəsilən ağaclarin yerində yeni agaclar əkiləcək,uşaqlarin və qocalarin dincəlməsi ücün yaşıllıqlar salınacaq. 10 evdən ibarət olan bu məhəllənin daimi su və istilik problemləri öz həllini tapacaq. Axi bura Heydər Əliyev pros. Sülh kücəsinin kəsişməsi,şəhərin tam mərkəzidir. Məhəlləmizin bu problemləri öz həllini taparsa özümü cox xoşbəxt hiss edərəm.
    Uğurlar və müvəffəqiyyətlər arzulayıram. Tezliklə Sumqayıtımızı ferqli bir səkildə görəcəyik.
    Hörmətlə: 36-cı məhəllə sakini

  2. Adil m. deyir:

    İnşallah Zakir müəllimin başçılığı ilə Sumqayıt şəhəri öz şöhrrətini daha da artıracaq və sumqayıtlılar bu şəhərdə yaşadıqları üçün fəxr edəcəklər!Z.Fərəcovun apardığı və gördüyü işlər bir daha göstərir ki,Sumqayıt ona doğmadır.
    Bu vətən bizimdir və biz də bu quruculuq işlərində mane yox,dayaq olsaq daha çox şəhərimiz inkişaf edəcək!
    Hər birinizə uğurlar tanrıdan diləyirik!

Şərhinizi yazın