Menu
Geri İrəli

Tahir Mirkişilinin ATƏT PA-dakı çıxışı

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Oktyabr 2017 • Baxış sayı: 130 dəfə • Şərh yoxdur
Share Button

Tahir MirkisiliATƏT Parlament Assambleyasının Payız Sessiyasında çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbərini müavini deputat Tahir Mirkişili sessiya iştirakçılarının əsas diqqətini texnologiyaların inkişafının dünyaya həm müsbət, həm də mənfi təsir göstərdiyinə yönəldib.

Hazırda dünyada əhalinin 46%-nin internetə qoşulduğunu, hər dəqiqə kiber məkanda 500 milyon hücumun təşkil edildiyini, 95% belə hücumun səbəbinin qazanc olduğunu, 2035-ci ilədək dünyada 1 trln internətə qoşulacaq cihazın olacağını qeyd edən Tahir Mirkişili cəmiyyətin artıq texnologiyalardan asılı olduğunu söyləmişdir. “Bu faktdır ki, bizim iqtisadi rifahımız, milli təhlükəsizliyimiz və cəmiyyətin inkişafı hazırda texnologiyalardan asılıdır. Ölkələrin hava, su, quru məkanları anlayışına “kiber məkan” anlayışı da daxil olmuşdur. Əksər müasir ölkələr kiber diversiyalar ilə üzləşləşirlər.

Uğurlu təşkil olunmuş kiber hücum 3 gün ərzində dünyada kritik infrastrukturun və insan cəmiyyətini məhvinə səbəb ola bilər” – deyən Tahir Mirkişili kiber məkanın qorunmasının həyati əhəmiyyət kəsb etdiyini üsusi qeyd etmişdir. Bunun üçün isə ölkələrin biri-biri ilə daha çox əməkdaşlağına, təhsilin və ilkin xəbərdaedici sistemlərin səviyyəsinin daha da yüksəldilməsinə və özəl həyatla təhlükəsizlik arasında balansın taplmasına gərək olduğunu sessiya iştirakçılarının diqqətinə çatdırıb.

sumqayitxeber.com millət vəkilinin çıxışını təqdim edir:

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın