Menu
Geri İrəli

Tanınmış aparıcı iddia etdi: “Bu gün radioefirdə maraqlı kişi aparıcı yoxdur”

Müəllif: sumqayitxeber.com • Tarix: 27 İyul 2013 • Baxış sayı: 352 dəfə • Şərh yoxdur

Radioların ən zövqlü səsi antenn 101fm-in  ən tanınmış aparıcısı,  dinləyicilərin “Kişi bərbərxanası”, “Starbox”, “Russian Roulette” və digər neçə-neçə layihədən yaxşı tanıdığı aparıcı Yaqut, yeni mövsümdən yeni layihə ilə mikrofon qarşısına keçəcəyini açıqlayıb. Bu arada tanınmış aparıcı, həmkarlarının bostanına daş atıb.  O, deyib ki, “Bu gün radioefirlərdə demək olar ki, maraqlı heç nə baş vermir. Əksər aparıcılar nədənsə, daha çox özündən razılığa, yerli-yersiz və duzsuz zarafatlara və səmimi olmayan gülüşlərə daha çox yer ayırırlar. Aparıcı ilə dinləyici arasında səmimiyyət yoxdu…Rus demiş “falş” efir isə dinləyicini həm tez yorur, həm də radiodan uzaqlaşdırır. Bəzilərinin “Çı”lamaları, “Cı”-lamaları haqda isə danışmasam yaxşıdı… Deyim ki, bu “Çı”lama, “Cı”lama, ən çox da kişi aparıcılar arasındadır. Əvvəl mən kişi aparıcıları dinləyirdim, təəssüf ki, bu gün radioefirlərdə dinləmək istədiyim maraqlı kişi aparıcı var-desəm səmimiyyətdən uzaq olaram, bu da mənim təbiətimə yaddır.” Bütün bunların səbəbini nədə görürsünüz?-sualına isə Yaqutun cavabı daha iti olub. “Savadsızlıqda. İndi “aparıcıyam”-deyə döşünə döyənlərin 90%-nin, bilik səviyyəsi, sosial şəbəkələrdə gözünə sataşdığı üçün nəzər saldığı hansısa 2-3 cümləlik xəbər qədərdir. Döşünə döyən aparıcı var ki, bu boyda respublikanın Səhiyyə nazirinin adını bilmir. Əlinə axırıncı dəfə bədii kitabı yəqin ki, 11-ci sinifdə alıb…Ona görə də ƏSL aparıcılar tək-təkdir, qalanları da… nə isə” ..(Gülür)

Çoxlarının yolunu intizarla gözlədiyi aparıcı, özü haqqında bunları deyib:

-Analıq məzuniyyətindəydim..Oğlumu böyüdürdüm. İndi artıq yenidən mikrofon qarşısında öz yerimi tutma zamanıdır. Sentyabrdan yepyeni bir layihə ilə qayıdıram… Şəhərin ritmini tutmağa çalışacam. Elə layihəmin adı da belədir – City life Yaqutla. Sadəcə onu deyim ki, həftə içi 5 gün günorta saat 1-dən 3-ə dək naharı mənimlə edəcəksiniz və bu dəfə bambaşqa bir Yaqutu eşidəcəksiniz…..Eşidilərik….

Facebook Şərhləndirmə:

Şərhinizi yazın