Menu
Geri İrəli

Tarixi Muzeyinin açılışı olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 17 May 2010 • Baxış sayı: 288 dəfə • Şərh yoxdur
Share Button

muzey319 may 2010-cu il tarixdə Sumqayıtın Tarixi Muzeyinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olacaq.

Muzeydə yeni ekspozisiyaların müasir texniki vasitələrdən istifadə etməklə tərtibatı, iş yerlərinin müasir avadanlıqlarla təminatı ilə bağlı işlər başa çatıb. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiqlənmiş fərdi tərtibat layihəsi əsasında yeni ekspozisiyanın tərtibat işləri, avadanlıq hazırlanması, xüsusi işıqlandırma işləri aparılıb. Bununla yanaşı muzeyin mövzu-ekspozisiya planına əsasən muzey əşyalarının yerləşdirilməsi işi də görülüb. Tərtib olunan yeni ekspozisiya mətni hazırlanıb.

1967-ci ildə yaradılan Sumqayıtın Tarixi Muzeyinin əsas mövzu strukturu və xronoloji çərçivəsi XX əsrin 30-cu illərindən başlayaraq müasir dövrə qədər vaxtı əhatə edir. Muzeyin fondunda 15 000-dən artıq eksponat mövcuddur.

Xatırladaq ki, Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev muzeydə olmuş, orada aparılmış təmir və yenidənqurma işləri ilə yaxından tanış olmuşdur.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın