Menu
Geri İrəli

TƏHLÜKƏ: Zirzəmiyə dolan su binanı çökdürə bilər

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Mart 2016 • Baxış sayı: 1,473 dəfə • 3 şərh

Zirzəmilərin təmizlənməsi nə vaxta qaldı?

Bu bina 2013-cü ilin avqustunda Sumqayıt şəhərinin nümunəvi məhəlləsi elan olunan 9-cu mikrorayonunda 51 saylı binadır. Son illərdə binanın fasadı 2 dəfə rənglənmişdir. Hazırda isə dam örtüyü təmir olunur, yeni çardaq quraşdırılır.

Bina sakinləri sumqayitxeber.com-a binanın zirzəmisi ilə bağlı məktub ünvanlayıblar. Məktubda qeyd olunur ki, bu çirkab sularının üfunəti nəinki mənzillərdə hiss olunur, hətta səki ilə gedən sakinləri də narahat edir. Belə çirkab sularının necə antisanitariya mühiti yaratdığını təsvir etməyə ehtiyac qalmır, amma bu suların binanın özülü üçün necə təhlükəli olduğunu bütün sakinlər başa düşür və haqlı narahatlıq keçirirlər. Ona görə də, 2013-cü ildə məhəllədə abadlıq işləri aparılarkən bu binanın sakinləri rəsmi şəxslərdən təkidlə xahiş edirdilər ki, abadlıq işlərinə binanın zirzəmisinin təmizlənməsi ilə başlasınlar. Zirzəmi sonda təmizlənib qurudulacaq – deyərək sakinləri ümidləndirdilər. Sonunu gün isə – zirzəmini Sukanal idarəsi yaxın vaxtlarda təmizləyəcək – dedilər. Artıq 3-cü ildir ki, Sukanal idarəsindən bu əraziyə gələn yoxdur. Binanın özülü sıradan çıxıb qəza vəziyyəti yarananda nə rəngli fasadın, nə də bəzəkli dam örtüyünün bir köməyi olmayacaq. Bina tikintisi möhkəm özüldən başlandığı kimi təmirin də özüldən başlanması daha məntiqli olardı.

Bina sakinləri ümid edirlər ki, son aylar binaların zirzəmiləri ilə bağlı görülən işlər nəhayət ki,  9-cu mikrorayon ərazisində yerləşən 51 saylı binaya da çatacaq.

 

10013615_10207639611481964_720659772_n 10603190_10207639612041978_1355623128_n 12784210_10207639610361936_404929516_n 12825251_10207639612481989_199769379_n 12825363_10207639612081979_1588933042_n 12833236_10207639612521990_404743691_n 12834496_10207639611961976_1956063318_n 12834530_10207639612281984_800978275_n

 

Facebook Şərhləndirmə:

“TƏHLÜKƏ: Zirzəmiyə dolan su binanı çökdürə bilər” yazısına 3 cavab

  1. Habil deyir:

    Sumqayıtdakı binaların əksəriyyəti bu vəziyyətdədir. Ona görə binaların üstünə bəzək vurmaqdansa zirzəmilər təmizlənməli və qurudulmalıdır.

  2. yolcu deyir:

    Elaqedar teskilatlar tecili olaraq zirzemideki suyu qurutmasalar bina ucun ,orada yasayan sakinler ucun olduqca tehlukeli veziyyeti musahide edeceyik.

  3. yolcu deyir:

    Tecili bu binadaki suyu qurutmasalar tehlukeli veziyyete gore elaqedar teskilatlar uzerine mesuliyyet dusecekdir.Bedbext hadise olmadan tedbir gorun.

Şərhinizi yazın