Menu
Geri İrəli

Təhsil Nazirliyindən Sumqayıt Dövlət Universiteti ilə bağlı yeni AÇIQLAMA

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Yanvar 2014 • Baxış sayı: 1,027 dəfə • 1 şərh

1355650676-306

 

Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Nadir Qəhrəmanov vəzifədən istefa verməsi ilə bağlı ərizə yazdıqdan sonra qeyd olunurdu ki, universitetdə yoxlamalara başlanılıb. Bu yoxlamalar keçmiş rektorun fəaliyyəti ilə əlaqədar səsləndirilən xoşagəlməyən məqamlarla bağlıdır. O zaman universitetin koordinasiya işləri elə təhsil nazirinin müşaviri Elxan Hüseynova həvalə edilmişdi.

Təhsil Nazirliyindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, nazirlik tərəfindən Sumqayıt Dövlət Universitetində heç bir yoxlama aparılmayıb.

Qeyd edək ki, dekabrın 16-da prezidentin müvafiq sərəncamı ilə Nadir Qəhrəmanov vəzifəsindən azad edildikdən sonra nazir Mikayıl Cabbarovun əmri ilə isə Elxan Hüseynov SDU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub. Həmçinin, SDU-nun rektoru vəzifəsinin icrası müvəqqəti olaraq E.Hüseynova həvalə edilib.

Facebook Şərhləndirmə:

“Təhsil Nazirliyindən Sumqayıt Dövlət Universiteti ilə bağlı yeni AÇIQLAMA” yazısına bir cavab

  1. Ramiz Əlixanlı deyir:

    Nadir Qəhrəmanov  istefa verməyib, Prezidentin  sərəncamı ilə vəzifəsindən çıxarılıb, işdən qovulub. Ağına-bozuna baxmadan tələbələri soyurdu. Heyf ki, çox gec şıxarıldı, imkan verildi ki, soyğunçuluğunu davam etdirsin.  Düzünü yazmaq lazımdır. Yoxlama aparılması tələbələrin, elə valideyn və müəllimlərin də ürəyindən olardı. SDU-nun adını batırdığı, rüşvətxorluq yuvasına çevirdiyi üçün cəzasını almalıdır. Hökməın! Ədalətdən danışılırsa, belə də olmalıdır. Rüşvətxorluq, özü də yetişməkdə olan gənc nəslə qarşı rüşvətxor münasibət cəzasız qalmamalıdır!

Şərhinizi yazın