Menu
Geri İrəli

Tələbələrin “Sumqayıt” Eletrik Stansiyasına səfəri təşkil olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Oktyabr 2014 • Baxış sayı: 472 dəfə • Şərh yoxdur

Elektrik-stansiyasiAzərbaycan elektrik enerjisi sisteminin çoxsaylı kollektivi on ildir 20 oktyabr tarixini peşə bayramı kimi qeyd edirlər.

suqmayitxeber.com “Azərenerji” ASC-nin Mətbuat xidmətinə istinadən məlumat verir ki, “Energetiklər günü” münasibətilə iştirakçıları təbrik edən “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev Ümummilli Liderimiz Heydər Əliyevin ölkə elektrik enerjisi sisteminin inkişafı ilə bağlı gördüyü işlər barəsində məlumat verdi. Ulu öndərin təşəbbüsü ilə 1981-ci il  oktyabrın  20-də Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Azərbaycan DRES-in (Indiki Azərbaycan İES-in) birinci blokunun istismara verilməsi ilə, faktiki olaraq bu günkü müstəqil Azərbaycanın   elektrik enerjisi təhlükəsizliyinin əsasının qoyulduğunu vurğulayıb.

Tədbir zamanı 2014/2015-ci tədris ilində 500 və ondan çox bal toplayaraq ADNA-nın “Elektroenergetika mühəndisi” ixtisasına qəbul olunmuş tələbələrlə də görüş keçirildi və onlara hədiyyələr təqdim olundu.

Tədbir “Azərbaycan elektrik enerjisi sisteminin inkişafına” həsr olunmuş  filmin nümayişi ilə başa çatdırıldı.

Tədbirdən sonra tələbələrin “Sumqayıt” Eletrik Stansiyasına səfəri təşkil olundu.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın