Menu
Geri İrəli

Telefon oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini tutulub

Müəllif: sumqayitxeber.com • Tarix: 17 İyun 2010 • Baxış sayı: 243 dəfə • Şərh yoxdur
Share Button

İyunun 16-da Sumqayıt şəhəri ərazisində, şəhər sakini Ramid Əlirzayevə məxsus mağazadan 1 ədəd mobil telefon oğurlanmışdır. Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Sevda Ələkbərova tutulmuşdur.

S.Ələkbərovanın ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun cari ilin may ayı ərzində həmin mağazadan 3 ədəd mobil telefon oğurlaması da müəyyən edilmişdir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın