Menu
Geri İrəli

Ticarət mərkəzində iki sumqayıtlı qadın həbs edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 3 İyun 2014 • Baxış sayı: 790 dəfə • Şərh yoxdur

Insan-Alveri-Iki-QadinBakıda oğurluqla məşğul olan qadınlar tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 1-də Bakıxanov qəsəbəsinin ərazisində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini Aytən İsmayılovanın çantasından oğurluğa cəhd göstərmiş iki qadın müəyyən edilib. Məlum olub ki, A.İsmayılovanın çantasından oğurluq etmiş həmyerlisi şəxslər əvvəllər məhkum olunmuş Nərgiz Ağammədova və Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Natiqə Baxşıyevadır. Hər iki qadın tutulub.

Araşdırmalar davam etdirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın