Menu
Geri İrəli

Tovuzlun Qarabağ qaziləri sumqayıtlı iş adamının müdafiəsinə qalxdı

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Noyabr 2014 • Baxış sayı: 609 dəfə • Şərh yoxdur
Share Button

mubariz quliyev 5454Tovuz rayonunun Əlibəyli və Hacallı kəndlərindən olan döyüşçülər adından AzNews.az-a müraciət daxil olub.

“Biz, Tovuz rayonunun Əlibəyli və Hacallı kəndlərindən olan müharibə veteranları döyüş yoldaşımız, Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyi (AVMVB) sədrinin müavini, AVMVB Sumqayıt şəhər təşkilatının sədri Mübariz Hacı oğlu Quliyev barəsində bəzi kütləvi informasiya vasitələrində (xüsusilə, “Bizim Yol”, “Gündəm”, “Tərəf” və Dia.az, “Mediaxeberleri.az” qəzet və saytları) gedən, onun döyüşmədiyini, habelə digər böhtan xarakterli yazı və müraciətlərdən təəssüf və təəccüb hissi keçirir, hiddətlənərik.

Bizim Mübariz Quliyevlə ilk tanışlığımız 1989-1991-ci illərdə səngərdən, erməni quldurlarına, Ermənistan Silahlı Qüvvələrinə qarşı mübarizədə ilklərdən olan, son dərəcə zəif təchiz olunmuş könüllülərdən ibarət özünümüdafiə dəstəsindən başlayır.

Qəlbində tükənməz Vətən eşqi, gözündə heç bir qorxu olmayan, o vaxtların 17-18 yaşlı bu gəncin döyüş vaxtı göstərdiyi şücaət gərgin vaxtlarımızda bizlər üçün həmişə böyük stimul olub. Təsadüfi deyil ki, o qanlı-qadalı illəri xatırlayarkən, bizlərdə mərdliyi, qəhrəmanlığı örnək olan Mübarizdən ancaq xoş təəssürat və xatirələr yada düşür”-deyə müraciətdə bildirilir.

Müraciətdə keçmiş döyüşçülər iddia edirlər ki, Mübariz Quliyev barədə dərc olunan yazılar bezi adamlar tərəfindən təşkil olunan şər-böhtan və şantaj:
“Özəlliklə də, bir fərari tərəfindən təşkil olunmuş çirkin niyyətli bu kampaniyaya, aldadılaraq, döyüş görmüş, ölüm hissi yaşamış insanların da cəlb edildiyini görmək bizləri acıdır. Döyüş yoldaşımız Mübariz Quliyevə yönəlik qarayaxmalardan son dərəcə hiddətlənərək bu şər-böhtan və şantaj xarakterli kampaniyaya son qoyulmasını tələb edir, bütün aidiyyatlı qurumlardan bu iyrənc kampaniyanı təşkil edən də¬ləduzlara qarşı hüquqi qaydada ciddi ölçü götürülməsini xahiş edirik.

Yekun olaraq bildiririk ki, Vətən müharibəsi hələ başa çatmayıb – torpaqlarımızı azad edəcəyimiz gün qabaqdadır. – İnanırıq ki, o gələcək gündə də, keçmişdə olduğu kimi kimin-kim olduğu bir daha əyan olacaq – fərari fərariliyini, könüllü döyüşçü könüllülüyünü edəcək..!

Torpaqlarımızın müdafiəsi zamanı qanlı-qadalı günlərdə ayrı-ayrı vaxtlarda döyüş paltarında çəkdirdiyimiz foto şəkillərdən doqquzunu və 105 döyüşçünün imzaladığı müraciəti dəlil kimi sizə göndəririk. Mətbuatda yayımlananlara obyektiv qiymət verəcəyinizi gözləyirik.

Tovuz rayonunun düşmənlə həmsərhəd kəndləri Əlibəyli və Hacallıdan olan döyüşçülərin, eləcə də Mübariz Quliyevin bir əsas davası var: o da möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev cənablarının Əmri ilə yağı düşməni müqəddəs torpaqlarımızdan qovub təmizləməkdir!”,deyə döyüşçülər qeyd ediblər.

Sonda döyüşçülər yazdıqlarını bir daha sübut etmək üçün imzalarını göndəriblər. Onları təqdim edirik:











Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın