Menu
Geri İrəli

TQDK-dan abituriyentlərə – XƏBƏRDARLIQ

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Aprel 2015 • Baxış sayı: 388 dəfə • Şərh yoxdur

publika.az1390566203tqdk1Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərə qəbul olmaq istəyən abituriyentlərə xəbərdarlıqla müraciət edib.

Komissiyadan Trend-ə verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün (I, II, III və IV ixtisas qrupları üzrə) ərizələrin qəbulu davam edir. Ərizə qəbulunun başa çatmasına 3 gün qalıb. Bu gün saat 11:40-a olan məlumata görə, 71550 abituriyent öz elektron ərizəsini dolduraraq təsdiqini təmin edib. 6457 abituriyent elektron ərizəsinə özü haqqında məlumatları daxil etsə də, həmin ərizələr təsdiq olunmayıb.

TQDK bildirib ki, ərizələri təsdiq olunmayan, həmçinin ərizə təqdim etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaq. Həmin abituriyentlər qəbul imtahanlarlnda iştirak etmək üçün aprelin 30-dək bu prosesi yekunlaşdırmalıdırlar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın