Menu
Geri İrəli

TQDK sədri Sumqayıtda vətəndaşlarla görüşüb

Müəllif: sumqayitxeber.com • Tarix: 4 İyul 2014 • Baxış sayı: 420 dəfə • Şərh yoxdur

meleykeBu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Prezident İlham Əliyevin mərkəzi icra hakimiyyəti orqanlarının yerlərdə vətəndaşların qəbulu ilə bağlı verdiyi tapşırığa uyğun olaraq Sumqayıtda vətəndaşlarla görüş keçirib. SİA-nın xəbərinə görə, Sumqayıt şəhər Tarix Muzeyində təşkil olunan qəbulda Sumqayıt şəhəri ilə yanaşı, Abşeron, Xızı rayon sakinləri və həmin rayonlarda məskunlaşmış Qubadlı, Zəngilan, Şuşa rayonlarından olan məcburi köçkünlər də iştirak ediblər.

Qəbulda iştirak edən sakinlər TQDK sədrinə müxtəlif məzmunlu müraciətlərini çatdırıblar. Vətəndaşlar ikinci ali təhsil, buraxılış imtahanları, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları, qabiliyyət imtahanları və s. məsələlərə dair TQDK-nın sədrinə rəy və sorğularını bildiriblər.

Vətəndaşlar, həmçinin TQDK tərəfindən nəşr olunan siniflər üzrə test tapşırığı topluları və orta ümumtəhsil müəssisələrində istifadə olunan dərs vəsaitləri ilə bağlı da Komissiya sədrinə müraciətlər ediblər. Bütün müraciətlərin qeydiyyatı aparılıb, onların əksəriyyəti ilə bağlı həll olunması üçün müvafiq tapşırıqlar verilib.

Bəzi vətəndaşların komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq təşkilatlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Samirə Abdullayeva, sia.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın