Menu
Geri İrəli

TQDK Sumqayıtda zona müşavirəsi keçirdi

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Fevral 2011 • Baxış sayı: 151 dəfə • Şərh yoxdur

Tədbirdə region məktəblərinin qəbul imtahanlarında göstərdiyi nəticələr geniş təhlil olunub

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gündən etibarən 2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunan zona müşavirələrinə start verib. İlk müşavirə elə bu gün fevralın 9-da Sumqayıt şəhərində keçirilib.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, komissiya sədri Məleykə Abbaszadənin də qatıldığı tədbirdə bu qurumun əməkdaşları, ekspertləri, eləcə də Sumqayıt, Abşeron, Şabran, Qobustan, Quba, Qubadlı, Qusar, Şamaxı, Siyəzən, Xaçmaz və Xızı rayonlarının Təhsil Şöbələrinin rəhbərləri, məktəb direktorları və müəllimlər iştirak ediblər. Müşavirədə TQDK sədri 2010/2011-ci tədris ili üçün keçirilmiş qəbul imtahanlarının elmi-statistik təhlilinə dair ətraflı məruzə ilə çıxış edib.

Məleykə Abbaszadə deyib ki, 2010-cu ildə Sumqayıt şəhərinin orta ümumtəhsil məktəblərini 3595 şagird bitirib və onların 3418 nəfəri attestat alıb. Attestat alanların 93.71 faizi (3203 nəfəri) qəbul imtahanlarında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən şəhərin 1303 məzunu (imtahanda iştirak edənlərin 40.68 faizi) tələbə adını qazanıb.

Abşeron rayonunun orta ümumtəhsil məktəblərini 2010-cu ildə 1444 şagird bitirib və onların 1276 nəfəri attestat alıb. Attestat alanların 86.21 faizi (1100 nəfəri) qəbul imtahanlarında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 376 məzunu (imtahanda iştirak edənlərin 34.18 faizi) tələbə adını qazanıb. Onların 37.77 faizi (142 nəfəri) dövlət, 1.60 faizi (6 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 48.67 faizi (183 nəfəri) dövlət, 11.97 faizi (45 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub. Rayonun məzunlarının 97 nəfəri 500-dən, o cümlədən 23 nəfəri 600-dən yuxarı bal toplayıb.

Tədbirdə Şabran, Qobustan, Quba, Qubadlı, Qusar, Siyəzən, Şamaxı, Xaçmaz və Xızı rayonundan olan abituriyentlərin qəbul imtahanlarında göstərdiyi nəticələr geniş təhlil edilib.

Elxan SALAHOV

LENT.AZ

Facebook Şərhləndirmə:

Şərhinizi yazın