Menu
Geri İrəli

Türkiyədə sərnişin təyyarəsini Soçiyə qaçırmağa cəhd olub

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Fevral 2014 • Baxış sayı: 289 dəfə • Şərh yoxdur

Türkiyədə Xarkov-İstanbul reysini həyata keçirən sərnişin təyyarəsini qaçırmağa cəhd olub. APA-nın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, 110 nəfər sərnişinin və ekipaj üzvlərinin içində olduğu təyyarədəki sərnişinlərdən biri üstündə bomba olduğunu deyib və təyyarənin Soçiyə istiqamətlənməsini tələb edib.

Pilot təyyarəni İstanbulun Sabiha Gökçən Hava Limanına endirib.
Lakin hələ də üstündə bomba olduğunu deyən şəxs və sərnişinlər təyyarənin içindədir.
Türkiyənin “Pegasus” şirkətinə məxsus olan təyyarəni bomba ilə təhdid edən şəxsin ukraynalı olduğu bildirilir.
Məlumata görə, sərnişinin bu hərəkətindən sonra pilotun mərkəzə verdiyi siqnalla Balıkesirdəki F-16 döyüş təyyarəsi havaya qaldırılıb.
Türkiyənin Nəqliyyat Nazirliyinin hadisə ilə bağlı yaydığı açıqlamada bildirilib ki, Xarkov- Sabiha Gökçen reysini həyata keçirən və “Pegasus” şirkətinə məxsus, içərisində 110 nəfər sərnişinin olduğu təyyarə sərnişinlərdən birinin bomba təhdidindən sonra təhlükəsiz şəkildə Sabiha Gökçen Hava Limanına endirilib.
Nazirlik bildirib ki, təyyarə ətrafında təhlükəsizlik tədbirləri görülüb.
Türkiyənin Doğan Xəbər Agentliyinin xəbərinə görə, təyayrənin pilotlarından biri olan İlyas Karagülle “yaxşıyıq” mesajını verib.
Türkiyənin bəzi KİV-ləri təyyarədəki bomba təhdidçisinin təslim olduğunu, hazırda hüquq-mühafizə orqanlarının təyyarənin içində araşdırma apardığını bildirsələr də, bununla bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, bu gün Soçidə XXII Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilir.
teyyare1
Facebook Şərhləndirmə:

Şərhinizi yazın