Menu
Geri İrəli

Türmədən çıxdı, meyiti Sumqayıt küçələrində tapıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Aprel 2015 • Baxış sayı: 614 dəfə • Şərh yoxdur

91436_srcSumqayıtda kişi meyiti tapılıb.
Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində 47 yaşlı Həsən Şükürovun cansız bədəni tapılıb. Meyiti yaxınlıqdan keçən sakinlər görüb və dərhal hüquq-mühafizə orqanlarına məlumat veriblər
Hadisə yerinə Sumqayıt Şəhər Polis İdarəsinin və prokurorluğun əməkdaşları cəlb olunaraq yoxlamalar aparılıb.
Müəyyən edilib ki, dünyasını dəyişən şəxs Sumqayıt şəhər sakini 47 yaşlı Həsən Şükürovdur. Araşdırma zamanı o da məlum olub ki, mərhum bu yaxınlarda həbsxanadan azadlığa çıxıbmış. Onun narkotik maddə aludəçisi olduğu deyilir. Elə onun dünyasını dəyişməsinə əsas səbəblərdən birinin də bu olduğu ehtimal edilir.
Faktla bağlı araşdırmalar aparılır (ANS PRESS).

Facebook Şərhləndirmə:

Şərhinizi yazın