Menu
Geri İrəli

UEFA hakimlərimizə yeni təyinatlar verdi

Müəllif: Sumqayitxeber.com • Tarix: 20 Oktyabr 2015 • Baxış sayı: 222 dəfə • Şərh yoxdur

1772593_w2AFFA məlumat yaydı.

UEFA tərəfindən FIFA dərəcəli hakimlərimizə yeni təyinatlar verilib.

AFFA-dan Oxu.Az-a verilən məlumata görə, Rəhim Həsənov oktyabrın 21-də Tbilisi şəhərində keçiriləcək UEFA Gənclər Liqasının “Saburtalo” (Gürcüstan) – “Mityulland” (Danimarka) oyununun baş hakimi olacaq. Ona Akif Əmirəli və Namiq Hüseynov kömək edəcəklər.

Orxan Məmmədov və Yaşar Abbasov isə 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 5-ci qrupunda keçiriləcək oyunlarda meydana çıxacaqlar. Bu qrupun oyunları oktyabrın 23-dən 30-dək Lüksemburqda təşkil olunacaq.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın