Menu
Geri İrəli

Ukrayna Sumqayıtda tikilən Karbamid zavodu ilə maraqlanır

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Noyabr 2011 • Baxış sayı: 246 dəfə • Şərh yoxdur

Bu günlərdə ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyində Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko ilə görüş keçirilmişdir. Görüşdə Ukraynanın Azərbaycan üçün strateji və iqtisadi tərəfdaş olmaqla bərabər, dost və qardaş ölkə olduğu vurğulanmış, qonağa Sumqayıt şəhərində kimya sənayesinin tarixi haqqında geniş məlumat verilmiş, qəbul edilmiş inkişaf konsepsiyası əsasında “Azərikimya”-nın müəssisələrində həyata keçirilmiş yenidənqurma, yeni qurğuların tikilməsi istiqamətində atılan addımlar haqqında danışılmışdır. Qeyd olunmuşdur ki, ARDNŞ-nin ümumi inkişaf strategiyası çərçivəsində ətraf mühitin mühafizəsinə və əməyin təhlükəsizliyinə xüsusi diqqət yetirilir və “Azərikimya” İB də həyata keçirilən ekoloji layihələrdə aktiv iştirak edır. Ukraynanın səfiri Aleksandr Mişenko səmimi qəbula görə Birlik rəhbərliyinə minnətdarlığını bildirmiş, Sumqayıtda tikiləcək Karbamid zavodu, həmçinin yeni kimya sənayesi şəhərciyi layihələrinin böyük maraq doğurduğunu qeyd etmişdir. Ukrayna və Azərbaycan Respublikalarının qarşılıqlı faydalı əməkdaşlığından geniş söhbət açılan görüşdə neft kimyası sahəsində əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar yarandığı ifadə olunmuş, bunun hər iki ölkə üçün böyük səmərə verəcəyi bildirilmişdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın