Menu
Geri İrəli

Ulu öndər Heydər Əliyevin xatirəsi Sumqayıtda anılıb – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 10 May 2016 • Baxış sayı: 977 dəfə • Şərh yoxdur

Respublikamızın hər yerində olduğu kimi, Sumqayıt şəhərində də ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə anım tədbiri təşkil edilib. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, hüquq mühafizə orqanlarının əməkdaşları, müəssisə, idarə, təşkilat kollektivləri, şəhər ictimaiyyətinin nümayəndələri şəhərin mərkəzində Ümummilli Liderin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.

AZƏRTAC xəbər verir ki, sumqayıtlılar Ulu Öndəri hər zaman minnətdarlıqla xatırlayırlar. On minlərlə şəhər sakini səhər tezdən dahi şəxsiyyətin abidəsi önünə gələrək, gül-çiçək düzüblər.

Sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib. Heydər Əliyev parkından başlayaraq Sülh, Çerkassi, Koroğlu küçələrində, yeni yaradılan bulvarda, Nəsimi parkında, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının, sənaye zonalarının qarşısında 23 minə yaxın ağac tingi, 300 min mövsümi gül, 90 min qızılgül əkilib.

Daha sonra Nəriman Nərimanov küçəsində “Nizami” kinoteatrının qarşısındakı yeni park istifadəyə verilib. Açılış mərasimində bildirilib ki, burada tikinti qaydalarına uyğun olmayan, inzibati, mədəni obyektlərin qarşısını kəsən obyektlər sökülüb, park salınıb. Ərazidə 10 minə yaxın müxtəlif növ gül, yüzlərlə ağac əkilib, 1000 kvadratmetr sahəyə qazon döşənib. Ərazi bütövlükdə abadlaşdırılıb.

sumqayitxeber.com tədbirdən fotoları təqdim edir:

DSC_0005 (1) DSC_0006 DSC_0043 DSC_0052 DSC_0155 DSC_0153 DSC_0152 DSC_0061 DSC_0055 DSC_0053 (1) DSC_0173 DSC_0209 (1) DSC_0210 DSC_0235 DSC_0255 DSC_0262 DSC_0323 DSC_0318 DSC_0316 DSC_0311 DSC_0303 (1) DSC_0267 DSC_0402 DSC_0430 DSC_0433 DSC_0434 DSC_0476 DSC_0477

DSC_0303 (1)

DSC_0311

DSC_0316

DSC_0318

DSC_0323

DSC_0430

DSC_0433

Facebook Şərhləndirmə:

Şərhinizi yazın