Menu
Geri İrəli

“Ümummilli lider Heydər Əliyev irsi və gənclik” layihəsi çərçivəsində Sumqayıtda növbəti tədbir

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Aprel 2016 • Baxış sayı: 344 dəfə • Şərh yoxdur

Sumqayıtda Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Gənc İstedadlara Dəstək Fondu tərəfindən həyata keçirilən “Ümummilli lider Heydər Əliyev irsi və gənclik” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Qara Qarayev adına 1 saylı Musiqi Məktəbində keçirilən tədbirdə Azərbaycan Gənclər Fondunun nümayəndəsi Jalə Məmmədova Fondun fəaliyyəti, gənclər üçün yaratdığı imkanlar barədə, layihə rəhbəri, Gənc İstedadlara Dəstək Fondunun prezidenti Vüsal Məmmədov isə layihə haqda məlumat verdi.

Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər Təşkilatının gənclərlə iş üzrə sədr müavini, tarix üzrə fəlsəfə doktoru Elmar Xəlilov Dahi Liderin Azərbaycanın xoşbəxt gələcəyi üçün göstərdiyi xidmətlər, vətənpərvər, milli məfkurəyə bağlı gənclər nəslinin yetişməsi istiqamətində müəyyən etdiyi siyasət və tədbirlər barədə danışdı.

Daha sonra Musiqi Məktəbinin tələbələrinin ifasında vətənpərvərlik mövzularında mahnılar təqdim edildi.

Qeyd edək ki, hazırda layihə çərçivəsində dahi liderin Sumqayıta səfərlərinin fotolarını, bu səfərlərin anatasiyasını özündə əks etdirən albom çapa hazırlanır.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın