Menu
Geri İrəli

Universitetlərdə təhsil haqqı bahalaşıb – RƏSMİ

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Noyabr 2013 • Baxış sayı: 163 dəfə • Şərh yoxdur

Ərzaq məhsullarının qiymətlərinin 1,2 faiz, qeyri-ərzaq mallarının qiymətlərinin 0,4 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin isə 0,2 faiz bahalaşması, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,7 faiz bahalaşmasına səbəb olub. Lent.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Ay ərzində mal ətinin, qarabaşaq yarmasının, almanın, heyvanın, narın, limonun, naringinin, qozun, şabalıdın, kələmin, çuğundurun, kökün, balqabağın, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma, unun, düyünün, makaronun, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, süd və süd məhsullarının, yumurtanın, kərə yağının, xiyarın, pomidorun, kartofun, soğanın, sarımsağın qiymətlərində isə bahalaşma müşahidə olunub.
Oktyabr ayında əhaliyə göstərilən pullu xidmətlərdən dəmiryol və hava sərnişindaşıma nəqliyyatı tarifləri oktyabr ayında ucuzlaşsa da, ali təhsil müəssisələrində təhsil haqlarının tarifləri isə bahalaşıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın