Menu
Geri İrəli

Universitetlər Sumqayıta köçürülür?

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Aprel 2014 • Baxış sayı: 1,087 dəfə • Şərh yoxdur

iqtisad_universit_etinde_Ali məktəblərin paytaxtdan kənara köçürülməsi çoxdan gündəmdədir. Artıq dövlət rəsmiləri, bəzi vəzifəli şəxslər də ali məktəblərin paytaxtdan kənara köçürüləcəyini bir neçə dəfə bildiriblər.
Modern.az saytının əldə etdiyi məlumata görə, Bakının mərkəzində yerləşən İqtisad Universiteti, Dillər Universiteti, Slavyan Universiteti və Pedaqoji Universitet şəhərdən kənara köçürüləcək. Həmin ali məktəblərin Sumqayıt, Abşeron, Saray və Ceyranbatan ərazilərinə yerləşdiriləcəyi qeyd edilir.

Universitetlərin köçürülmə prosesinə demək olar ki, başlanılıb. İlk olaraq Dövlət Neft Şirkətinə məxsus binada müvəqqəti yerləşən Ali Neft Məktəbi üçün yeni bina inşa olunub. Bakının Səbail rayonu ərazisinə köçürüləcək məktəbin ərazisində universitet şəhərciyi olacaq.

Qeyd edək ki,  Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə yeni Dövlət Strategiyasında kampusların yaradılması nəzərdə tutulur.

Təhsil Nazirliyi də ali məktəblərin şəhərdən kənara köçürüləcəyi ilə bağlı məlumatları təsdiqləyib. Nazirlikdən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, hazırda Dövlət Strategiyasının icrası ilə əlaqədar Fəaliyyət Planı hazırlanır. Fəaliyyət Planı təsdiq olunduqdan sonra nəzərdə tutulan tədbirlərin icrasına başlanılacaq.

Gültəkin ƏLƏSGƏR

Facebook Şərhləndirmə:

Şərhinizi yazın