Menu
Geri İrəli

Uşaq hüquqları ilə bağlı tədbir keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Fevral 2010 • Baxış sayı: 761 dəfə • 1 şərh

ushaq huquq5Sumqayıtda hüquqi biliklərin təbliği ilə əlaqədar “Hüquqlarımızı bilirikmi?” mövzusunda tədbir keçirilib.

Tədbirdə “Uşaq hüququ” İnformasiya Mərkəzinin rəhbəri R. Həsənova çıxış edərək mərkəz, hüquqşünaslar N. Ağayev və T. Əzizov “Hüquq nədir?”, təhsil, mənzil, yaşamaq, şərəf və ləyaqətin qorunması hüququ haqqında geniş məlumat veriblər. “Göyərçin” jurnalının baş redaktoru, şair R. Yusifoğlu çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Daha sonra hüquqşünaslar tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Tədbirdə həmçinin “Dünyanı verək uşaqlara” adlı sərgidə nümayiş olunan “Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanunu”, “Uşaq hüquqları konvensiyası”, “Hüquq azadlığımızın ölçüsü”, “Azərbaycan Respublikasının Konstitusiyası” və s. kitabların xülasəsi verilib.

Facebook Şərhləndirmə:

“Uşaq hüquqları ilə bağlı tədbir keçirilib” yazısına bir cavab

  1. imran deyir:

    Belə tətbirlər ziyansiz olsada ,onlarin elə bir faydasi da yoxdur.Əgər bir ölkədə böyüklərin fundamental,adi hüquqlari hər saniyə ,hər addimbaşi pozulursa onlarin uşaqlarinin hüquqlarinin qorunmasi haqda səslənən fikirlər məndə təbii ironiya doğurur .Bu ona oxşayir ki,təsəvvür edin, kimsə xərçəng xəstəliyinə tutulub,həkim də gəlib deyir ki,sən qripsən ,müalicə olunmasan qrip bir az da ağirlaşacaq.

Şərhinizi yazın