Menu
Geri İrəli

Uşaq Xəstəxanası əsaslı təmir olunur

Müəllif: sumqayitxeber.com • Tarix: 17 May 2010 • Baxış sayı: 272 dəfə • Şərh yoxdur
Share Button

ushaqx1Sumqayıt şəhər Uşaq Xəstəxanasında əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.

Xəstəxananın cərrahiyyə, II və III somatik və somatik reanimasiya, laboratoriya və I yenidoğulmuşların patologiyası şöbələrinin əsaslı təmiri artıq başa çatıb. Xəstəxananın fasad hissəsində aparılan təmir işləri yekunlaşmaq üzrədir.

Hazırda qəbul və inzibati şöbələrində təmir işləri aparılır. Xəstəxanada əsaslı təmir və yenidənqurma işlərinə 2007-ci ildə başlanılıb.

Xatırladaq ki, xəstəxanada gedən tikinti işləri ilə yaxından tanış olan Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev işlərin sürətləndirilməsi və keyfiyyətli icrası barədə öz tövsiyə və tapşırıqlarını verib.

ushaqx2 ushaqx3

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın