Menu
Geri İrəli

Uşaq Xəstəxanasında təmir işləri aparılır

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Mart 2010 • Baxış sayı: 181 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər Uşaq Xəstəxanasında əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Xəstəxananın cərrahiyyə, II və III somatik və somatik reanimasiya, laboratoriya və I yenidoğulmuşların patologiyası şöbələrinin əsaslı təmiri artıq başa çatıb. Fasad hissəsi tam təmir edilib.

Hazırda qəbul və inzibati şöbələrində təmir işləri aparılır. Xəstəxanada əsaslı təmir və yenidənqurma işlərinə 2007-ci ildə başlanılıb.
Eyni zamanda Sumqayıtın Tarixi Muzeyi, 1 saylı Uşaq Gənclər İdman Məktəbi, N.Nərimanov adına mədəniyyət evində də hazırda əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın