Menu
Geri İrəli

Vaqif Əliyev niyə hələ də Sumqayıtın icra başçısı kimi təqdim olunur?

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Fevral 2011 • Baxış sayı: 276 dəfə • 2 şərh

Bir neçə gün bundan əvvəl prezidentin sərəncamı ilə Vaqif Əliyev Sumqayıt şəhərinin icra başçısı vəzifəsindən azad edilib, mədəniyyət və turizm nazirinin birinci müavini təyin edildi. Sumqayıta yeni icra başçısı isə Gəncənin əvvəlki icra başçısı Eldar Əzizov gətirildi.

Modern.az saytı xəbər verir ki, Sumqayıtın icra başçısı dəyişsə də, İcra Hakimiyyətinin saytında bu dəyişiklik hələ də əks olunmayıb. Belə ki, sumqayit-ih.gov.az veb-səhifəsində sabiq icra başçısı Vaqif Əliyevin saytı ziyarət edənlərə müraciəti hələ də götürülməyib. Burada Vaqif Əliyev hələ də Sumqayıt şəhəri İcra Hakimiyyəti başçısı kimi təqdim olunur.

Onu da qeyd edək ki, şəhərə yeni icra başçısının təyin olunması barədə məlumatlar da saytda əks olunmayıb.

Aytən ƏLIYEVA

Facebook Şərhləndirmə:

“Vaqif Əliyev niyə hələ də Sumqayıtın icra başçısı kimi təqdim olunur?” yazısına 2 cavab

  1. Lale deyir:

    Yeni Icra Bashcimiz xosh gelib Insallah Genclere dayaq ve dost olar

  2. Sevinc deyir:

    Sheherimize xosh gelib!
    Arzu edirik Sumqayitdaki ishsizliyi aradan goturer,ve binalari dam ortuklerini,fasadlarini tezeleyecek.Bir sozle: sheremizi gozelleshdirecek!

Şərhinizi yazın