Menu
Geri İrəli

Vaqif Əliyev Sumqayıt “İnter Tekstil” ASC-də aparılan yenidənqurma işləri ilə tanış olub

Müəllif: sumqayitxeber.com • Tarix: 31 İyul 2009 • Baxış sayı: 1,532 dəfə • Şərh yoxdur

Ötən gün Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev Sumqayıt “İnter Tekstil” Açıq Səhmdar Cəmiyyətdə aparılan yenidənqurma işləri ilə tanış olub.

Bu barədə məlumatı Sumqayıt şəhər İcra Hakimiyyətindən  veriblər.

Qeyd edək ki, Üst trikotaj fabriki bazasında yaradılan müəssisənin istehsal korpusu yenidənqurulub. Korpusda müasir texnoligiyaya malik yeni pambıq iplik əyrici avadanlıqlar quraşdırılıb. Avadanlıqların sutkalıq gücü 15-16 ton pambıq iplikdir. Quraşdırılmış avadanlıqlar əsasən Almaniya, İngiltərə və İtaliya istehsalıdır. Müəssisədə yeni xammal qəbulu və hazır məhsul anbarı tikilib, yeni elektrik transformatoru quraşdırılıb. Tutumu 500 kub metr olan 2 ədəd su çəni hazırlanıb və hazırda istehsalata ötürücü su xətləri çəkilir, nasos stansiyası qurulur. Bütün bu işlərlə yaxından tanış olan şəhər İcra hakimiyyətinin başçısı V.Əliyev öz tövsiyə və tapşırıqlarını verib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın