Menu
Geri İrəli

Vaqif Əliyev Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzi və Şahmat Məktəbində yenidənqurma işləri ilə tanış olub

Müəllif: sumqayitxeber.com • Tarix: 31 İyul 2009 • Baxış sayı: 212 dəfə • Şərh yoxdur

Hazırda Sumqayıt şəhərinin bir sıra sosial obyektlərində müasir üslubda əsaslı təmir və yenidənqurma işləri aparılır. Bu cür obyektlər sırasına Sumqayıt şəhər Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzi və Şahmat Məktəbi də daxildir. Ötən gün şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev aparılan yenidənqurma işləri ilə yaxından tanış olmaq məqsədilə hər iki obyektlərdə olub. V.Əliyev tikinti işləri ilə maraqlanıb, işlərin sürətləndirilməsi və keyfiyyətli icrası barədə tapşırıqlarını verib. Qeyd edək ki, Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində aparılan yenidənqurma işlərinin şəhərin 60 illik yubiley tədbirləri çərçivəsində yaxın aylarda başa çatdırılması nəzərdə tutulub.

temir27

Facebook Şərhləndirmə:

Şərhinizi yazın