Menu
Geri İrəli

Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş konsert keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Aprel 2010 • Baxış sayı: 257 dəfə • Şərh yoxdur

vaqifSumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət Məktəbində bəstəkar, pianoçu, caz-muğamın banisi, əməkdar artist Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş konsert keçirilib. Konsertdən öncə qonaqlar məktəbin foyesində bəstəkarın həyat və yaradıcılığını əks etdirən foto materiallardan ibarət sərgiyə baxış keçiriblər.

Daha sonra çıxış edən Mədəniyyət və turizm nazirliyinin şöbə müdiri Mənzər Nurəliyeva konsertin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bəstəkar Vaqif Mustafazadənin 70 illik yubileyi ilə bağlı imzaladığı sərəncama əsasən keçiriləcək silsilə tədbirlər proqramına daxil olduğunu bildirib.

Konsertdə respublikanın Əməkdar artisti Həsənağa Abbasquliyevin rəhbərlik etdiyi “Arena” caz orkestrinin ifasında bəstəkarın “Mart” kompozisiyası, Azərbaycanın Xalq artisti Elxan Əhədzadənin ifasında səslənən mahnılar, gənc pianoçu İ. Sarabskinin ifa etdiyi “Düşüncələr” kompozisiyası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsert zamanı eyni zamanda orkestrin ifasında dünya caz bəstəkarlarının məşhur kompozisiyaları da səsləndirilib.

Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaratmışdır. Onun yeni devizi Caz-Muğam adlanır. O, Azərbaycan Muğam Caz Hərəkatının memarıdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın