Menu
Geri İrəli

Vasif Talıbovdan geyim qadağası

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Avqust 2013 • Baxış sayı: 221 dəfə • Şərh yoxdur

Naxçıvan Muxtar Respublikasında dövlət idarələrində çalışanlara daha bir qadağa qoyulub.

Naxçıvandan Qaynar.info-ya verilən məlumata görə Muxtar Respublikanın rəhbərliyi dövlət müəssisələrində çalışan şəxslərə qısaqol geyimlər qadağan edilib.

Bildirilir ki, bu qadağa həm kişilərə, həm də qadınlara şamil edilib. Belə ki, iki gün öncə tətbiq edilən qaydalara görə qısaqol geyinənlər işə buraxılmayıb. Hətta bununla bağlı müəssisə rəhbərlərinə və məmurlara sərt tapşırıq verilib.

Qeyd edək ki, bu qadağanın Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun göstərişi ilə həyata keçirildiyi iddia olunur. Onun əvvəllər də qəzet və çayxanalarla bağlı qadağalar qoyduğu bildirilirdi.

Qaynar.info 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın