Menu
Geri İrəli

Vəkil şikayət etdi, Usubov Sumqayıtın baş müstəntiqini işdən çıxardı

Müəllif: Sumqayitxeber.com • Tarix: 8 Sentyabr 2015 • Baxış sayı: 881 dəfə • Şərh yoxdur

Sumqayit-Sheher-Polis-Idaresi11Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqi vəzifəsindən azad olunub.
Vəkil Ceyhun Yusifovun Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Rahib Əliyev barəsində Daxili İşlər Nazirliyinə göndərdiyi şikayətlər araşdırılıb. Nəticədə o, tutduğu vəzifədən azad olunaraq sərəncama göndərilib. Vəkil Ceyhun Yusifov APA-ya açıqlamasında Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən Elşad Bəyovun vəkili olduğunu bildirib: “Mən müdafiə hüququnun həyata keçirilməsində maneə törədilməsi, işgəncə faktları ilə bağlı Daxili İşlər Nazirliyinə şikayət məktubu göndərmişdim. Həmin şikayətlərin bir qismi araşdırılıb, müstəntiq Rahib Əliyev vəzifəsindən azad olunaraq sərəncama göndərilib. Onu da bildirim ki, müstəntiq Rahib Əliyev də mənim müdafiəçi kimi işdən uzaqlaşdırılmağım barədə qərar verib. Həmin qərar isə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən ləğv olunub”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın