Menu
Geri İrəli

Vergilər naziri Sumqayıtda vətəndaşlarla görüşdü

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Dekabr 2013 • Baxış sayı: 556 dəfə • Şərh yoxdur

Sumqayıt, 20 dekabr ( AzərTAc ). Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq, mərkəzi İcra hakimiyyəti opqanlarının rəhbərləri bölqələrdə vətəndaşları qəbul edirlər, onların qarşılaşdığı problemlərin həllinə küçəklik qöstərirlər.

AzərTAc xəbər verir ki, Vergilər naziri Fazil Məmmədov növbəti qəbulunu dekabr ayının 20-də Sumqayıtda kecirmişdir. Qəbulda Sumqayıt şəhər həmcinin Abşeron, Qubadlı, Zənqilan, Şuşa rayonlarından olan vətəndaşlar iştirak etmişlər.

Vergilərin hesablanması, ödənilməsi, nəzarət kassa aparatının tətbiqi, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdırları problemlər, vergi ödəyicilərinə göstərilən  xidmətlər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orğanlarına işə qəbul və digər məsələlərlə bağlı 50- dək vətəndaş vergilər nazirinə müraciət etmişdir.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunmuş, digərləri nəzarətə götürülmüş, bir sıra məsələrin araşdırılması və lazımı tədbirlər görülməsi Ilə bağlı müvafiq tapşırıqlar verilmişdir. Qəbula qəılən vətəndaşlar onlar ücün yaradılmış imkandan razı qaldlqlarını bildirmişlər.

Ətrabə Rzayeva, AzərTac

1

Facebook Şərhləndirmə:

Şərhinizi yazın