Menu
Geri İrəli

VI Muğam Televiziya müsabiqəsi Sumqayıtda keçirildi – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 26 May 2017 • Baxış sayı: 1,330 dəfə • 22 şərh

VI Muğam Televiziya müsabiqəsi öz rəngarəngliyi ilə davam edir. Layihə çərçivəsində təşkil olunan növbəti dinləmə Sumqayıt Dövlət Dram Teatrında keçirilib.

Əvvəlcə Sumqayıt şəhərində son illər reallaşdırılan layihələrdən, müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində reallaşdırılan layihələr barədə genış məlumat verildi.

Məlumat verildi  ki, muğam müsabiqəsinin keçirildiyi Sumqayıt Dövlət Dram Teatrı da məhz son illər əsaslı şəkildə təmir olunaraq şəhər sakinlərinin ixtiyarına verilib.

Sonra musiqi hadisəsinin ən dəyərli ənənəsinə yer verildi. Bu dəfə gənclərə örnək olacaq məşhur sənətkarımız – Şahmalı Kürdoğlunun yaradıcılığına nəzər salındı. Xanəndənin Azərbaycan Televiziyasının Qızıl Fondunda saxlanılan ifası səsləndirildi.

Həftənin bazar ertəsi və cümə günü muğamsevərlərin görüşünə gələn 6-cı muğam televiziya müsabiqəsi nəinki ölkəmizdə, xaricdə də maraqla izlənilir. Sumqayıt Dövlət Dram Teatrının səhnəsində iddiaçılar Əliağa Vahidin qəzəllərinə oxunan muğam və təsnifləri dəyərli münsiflər heyyətinin, milyonlarla tamaşaçının ixtiyarına verdilər.

Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Fondunun layihəsi əsasında reallaşan, 6-cı Muğam televiziya müsabiqəsi Azərbaycan televiziya və radiosu, Mədəniyyət kanalı vasitəsi ilə canlı yayımlanıb.

DSC_0160 DSC_0164 DSC_0170 DSC_0172 DSC_0174 DSC_0179 DSC_0201 DSC_0204 DSC_0213 DSC_0218 DSC_0219 DSC_0222 DSC_0229 DSC_0241

Facebook Şərhləndirmə:

“VI Muğam Televiziya müsabiqəsi Sumqayıtda keçirildi – FOTOLAR” yazısına 22 cavab

  1. Naile deyir:

    Cox gozel kecdi. Orda olmasaq da evden canli izledik. Sumqayitimizla fexr eledik

  2. Metanet deyir:

    Sumqayit dogma seherim. Istanbuldan izledim cox qururverici haldir. Sheherimiz cox gozellesib. Muqam sedalari altinda seherimin insanlarini gormek, seherimizdeki inkisafi gormek cox xos idi

  3. Nuranə deyir:

    Sumqayıt şəhərinin abadlıq quruculuq işləri bizləri cox şad edir. Mədəniyyət sahəsində görülən işlərdən çox razıyıq. Muğam müsabiqəsinin şəhərimizdə keçirilməsi şəhərimiz üçün olduqca əhəmiyyətli bir hadisədir. Ona görə də rəhbərliyə minnətdarlığımızı bildiririk.

  4. Tahir Salayev deyir:

    Zakir muellim Sumqayıtı çox dəyişdi. Əlbəttə ki, müsbətə doğru. Sumqayıtda son zamanlar həyata keçirilən layihələr, bulvar, mədəniyyət ocaqlarının tikilməsi, əsaslı təmiri bizi çox sevindirir. Sumqayıtın inkişafı sözsüz ki, şəhər sakinlərinin də inkişafı deməkdir. Təşəkkür edirik cənab başçıya!

  5. Qasim Qasimzade deyir:

    Sumqayıt çox dəyişib. Efirdən baxıb tanımadım. Dahi sənətkarlarımızı Sumqayıtda görmək çox xoş oldu. Təşkilatçılara, təşəbbüskarlara təşəkkürümüzü bildiririk

  6. Lətafət Paşayeva deyir:

    Teatrın binası çox gözəldir. İşıqlandırma səhnə adama xos tesurat baqislayir.

  7. Aynur deyir:

    Şəhərmiz çox gözəldir. Mugam müsabiqəsinin doğma şəhərimizdə keçirilməsi bizi çox sevindirdi. Bu musabiqəni təşkil edənlərə minnətdarlığmızı bildiririk.

  8. Cabbarova Könül deyir:

    Muğam müsabiqəsinin Sumqayıtda keçirilməsi çox önəmli bir hadisədir. Çox hörmətli sənətkarlarımızı Sumqayıtda görməyimə şadam. Sumqayıt günü – gündən gözəlləşir. Bu da bizi həddindən artıq sevindirir. Əməyi keçən hər kəsə dərin təşəkkürümüzü bildirirəm.

  9. İrina deyir:

    Город стал красивым, благоустроенным. И пусть прозвучит здесь музыка наших истоков. Пусть не теряют корней с нашей историей молодые люди.

  10. Məmmədova Natiqə deyir:

    Festival ruhumu oxşadı sizə öz təşəkkürümü bildirirəm

  11. Həmidova Gülnar deyir:

    Çox şad oldum ki, doğma Sumqayıtımızda milli -mənəvi dəyərlərimizi əks etdirən tədbir təşkil olunmuşdur.

  12. Kazımzadə İlahə deyir:

    Tədbir çox gözəl idi, təşkilatçılarına və iştirakçılarına bütün sumqayıtlılar adından öz təşəkkürümüzü bildirirəm

  13. Novruzova Yeganə deyir:

    Doğma şəhərimizdə mədəniyyət sahəsində görülən işlər bizi çox sevindirir. Muğam müsabiqəsidə bu qəbildən olan tədbirlərdəndir. Tədbirlərin təşkilatçılarına təşəkkür edirik.

  14. Həsənova Xanım Əliağa deyir:

    Çox hörmətli Zakir müəllim şəhərimizə təyin olunandan şəhərimizdə quruculuq işləri tam sürətlə gedir.Bildiyimiz kimi Azərbaycanın vitse- prezidenti I xanım Mehriban Xanım Əliyeva Muğama yeni nəfəs verdi.Son vaxtlar bir çox respublika səviyyəli tədbirlər Sumqayıt şəhərində keçirilir.O cümlədən 25.05.2017-ci il tarixində VI Muğam Televiziya müsabiqəsi Sumqayıt şəhərində keçirildi.Şəhərimizə göstərdiyi diqqətə,qayğıya və gözəl tədbirlərin keçirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti çox hörmətli İlham Əliyev cənablarına öz təşəkkürümüzü bildiririk.

  15. Seyidova Ziyafət deyir:

    Festifalı izlədim , çox məmnun qaldım .Arzu edirəm ki, doğma şəhərimizdə bu cür gözəl tədbirlər tez -tez keçirilsin.

  16. 30№-li məktəbin pedoqoji kollektivi deyir:

    Sumqayıt şəhərinin abadlıq quruculuq işləri bizləri cox şad edir. Mədəniyyət sahəsində görülən işlərdən çox razıyıq. Muğam müsabiqəsinin şəhərimizdə keçirilməsi şəhərimiz üçün olduqca əhəmiyyətli bir hadisədir. Ona görə də rəhbərliyə minnətdarlığımızı bildiririk. 30№-li məktəbin pedoqoji kollektivi

  17. Elmira deyir:

    Mən Sumqayıt şəhərinin sakini olduğum üçün çox şadam. Çünki Sumqayıt şəhərində bu yaxın illərdə abadlıq işləri gücləndirilib. Şəhərimiz gündən-günə gözələşir. Dünən axşam iştirak etdiyim Sumqayıt Dövlət dram teatrı da bunun bir nümunəsidi.Mugam müsabiqəsinin də Sumqayıtda keçirilməsinə şad oldum.

  18. Vəfa deyir:

    Şəhərimiz gündən-günə gözəlləşir. Doğma şəhərimlə fəxr edirəm. Qurub-yaradan əllər var olsun

  19. İlahe Eliyeva deyir:

    Beli, Sumqayıtda görülen işler bu gün göz qabağındadır.Son 2 ilde şeherimiz esrarengiz bir görkem almışdır.Bu işleri biz sumqayıtlılar üçün qurub-yaradan Zakir Ferecova her birimiz minnetdarıq.Muğam gecesine de söz ola bilmezdi.Çox möhteşem idi.Buna göre de biz başda ölkemizin 1-ci vitse-prezidenti Mehriban xanım olmaqla bunu teşkil eden her bir kese öz minnetdarlığımızı bildiririk.Allah xalqını düşünen bu cür insanlara kömek olsun!Amin!

  20. 5 saylı məktəbin kollektivi deyir:

    Muğam festivalının növbəti mərhələsinin şəhərimizdə keçirilməsinə sevindik. Yüksək səviyyədə təşkil olunması, ustadların şəhərimiz haqqında dedikləri xoş sözlər fəxr edicidir. Şəhər rəhbərliyinə minnətdarlığımızı bildiririk.

  21. Şəhla deyir:

    biz seherimizle fexr edirik

  22. Nailə deyir:

    Sumqayıt şəhərinin abadlıq quruculuq işləri bizləri cox şad edir.Ona görə də rəhbərliyə minnətdarlığımızı bildiririk

Şərhinizi yazın