Menu
Geri İrəli

VİDEO: Sumqayıtda binaların üzlənməsi davam edir

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Mart 2016 • Baxış sayı: 327 dəfə • 1 şərh

ZAKIR-ERECOV3221Sumqayıtda həyata keçirilən abadlıq və quruculuq işləri ilk növbədə şəhərin inkişaf strategiyasına əsaslanır. Abadlaşan küçələr müasirləşən Sumqayıtın memarlıq simasına yeni çalarla qatır. Şəhər ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri həmrəylik şəhərinin kompleks inkişafını təmin edir.

Görülən işlər özünün ünvanlı, ardıcıl və sistemli olması ilə diqqəti çəkir. Quruculuq işlərini şəhərin hər bir yerində və hər sahədə görmək mümkündür. Aparılan abadlıq-quruculuq işləri sırasına yaşayış binalarının fasadlarının ağlay daşlarla üzlənməsi də daxildir. Hazırda üzlənmə işləri əsasən Azərbaycan prospektində yerləşən binalarda aparılır. Sözügedən prospektdə artıq işlər yekunlaşıb. Heydər Əliyev prospoektində isə üç binada işlər başa çatdırılıb. Sevindirici haldır ki, binaların köhnə üzlüklərlə olan, gildən hazırlanmış milli naxışlar öz şəklini itirmədən yenilənir ki, bu da şəhərin görkəminə heç bir xələl gətirmir. Həmçinin binaların fasadlarına işıqlandırma sistemləri də quraşdırılır.

“Dünya Tv”nin hazırladığı videoreportajı təqdim edirik:

Facebook Şərhləndirmə:

“VİDEO: Sumqayıtda binaların üzlənməsi davam edir” yazısına bir cavab

  1. Terane deyir:

    Salam. Lazim olan yerlerden biri. baqlar massividir.Imkan olanda oralarada bir baxsin

Şərhinizi yazın