Menu
Geri İrəli

VTB (Azərbaycan) Bankı Sumqayıtda yeni filial açır

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Oktyabr 2014 • Baxış sayı: 769 dəfə • Şərh yoxdur

VTB_Bank_Logo_Albom_110712Bankının aktivləri 249 milyon manat təşkil edib. 2014-cü ilin əvvəlindən etibarən aktivlər 41 milyon manat və ya 20 faiz artıb.
Bankdan AzərTAc-a bildirilib ki, sentyabrın 1-nə olan məlumata görə, VTB (Azərbaycan) Bankının məcmu kredit portfeli 238 milyon manata çatıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kredit portfeli 99 milyon manat və ya faiz nisbətində 71 faiz artıb.
Ümumi kredit portfelinin 47 faizi istehlak kreditlərinin payına düşüb. İstehlak kreditlərinin strukturunda əsas yeri avtokreditlər və nağd kreditlər dayanır, bu iki məhsul üzrə müvafiq olaraq 28 faiz və 14 faiz kredit ayrılıb. Bankın məcmu kapitalı isə 47 milyon manata çatıb.
VTB (Azərbaycan) Bankı Pərakəndə biznesin inkişafı Departamentinin direktoru Tural Vəliyev bildirib ki, bank 2016-cı ilin sonunadək Bakıda və Azərbaycanın bir sıra iri şəhərlərində fəaliyyətini genişləndirmək niyyətindədir. Bu müddət ərzində ümumilikdə 20 yeni filialın açılışı planlaşdlırılır.
Qeyd edək ki, hazırda bankın paytaxtda 9 filialı fəaliyyət göstərir. Yaxın günlərdə bankın Bakıda, Xırdalan və Sumqayıt şəhərlərində yeni filialları müştərilərə xidmət göstərəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın