Menu
Geri İrəli

Vvalyutadəyişmə məntəqəsinin işçisini öldürən tutularaq Azərbaycana gətirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Fevral 2011 • Baxış sayı: 246 dəfə • 1 şərh

Azərbaycanda qətllər və digər ağır cinayətlər törətmiş Xəlilov Elbrus Musa oğlu Rusiyada həbs olunaraq, Bakıya gətirilib.

Bu barədə Lent.az-a fevralın 1-də daxil olan məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə təsdiqləyib.

Onun bildirdiyinə görə, 1984-cü il təvəllüdlü E.Xəlilov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olub.

E.Xəlilov Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi və Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Rusiya Federasiyasında tutularaq Azərbaycana gətirilib.

Xatırladaq ki, E,Xəlilovun bir müddət əvvəl Rusiyanın Belqorod şəhərində həbs edildiyi barədə məlumat yayılmışdı. Hüquq-mühafizə orqanlarından bildirilib ki, E. Xəlilov Rusiyada saxlanarkən çoban qiyafəsində olub.

E,Xəlilov Sabunçu rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin fərarilik maddəsi ilə axtarışda olub. Lakin sonradan onun ağır və xüsusilə ağır cinayətlər törətdiyi üzə çıxıb. Belə ki, adıçəkilən şəxs bu il fevralın 20-də Sumqayıtda valyutadəyişmə məntəqəsinin işçisi Vüqar Balayevi öldürməkdə, atası İsmayıl Balayevi isə ağır yaralamaqda şübhəli bilinir (Balayevlər millət vəkili İqbal Ağazadənin qohumlarıdır). Bundan başqa o, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində Müdafiə Nazirliyinin əsgərini, habelə həmin qəsəbədə polis əməkdaşlarını öldürməkdə günahlandırılır. E.Xəlilov Tağıyev qəsəbəsində polis əməkdaşını qətlə yetirəndən sonra onların tabel silahını da götürüb. Fevralın 20-də Sumqayıtda valyutadəyişmə məntəqəsinə basqında istifadə olunan tapançanın məhz həmin polis əməkdaşının tabel silahı olduğu sübuta yetirilib.

E.Xəlilovun Bakı şəhərində də bir sıra xüsusilə ağır cinayətlər törətdiyi, bir neçə valyutadəyişmə məntəqəsinə basqın edərək külli miqdarda pul apardığı qeyd olunur.

Nizam Rza

LENT.AZ

Facebook Şərhləndirmə:

“Vvalyutadəyişmə məntəqəsinin işçisini öldürən tutularaq Azərbaycana gətirilib” yazısına bir cavab

  1. harpy313 deyir:

    ALLAHA şükürlər olsun!Hayıf ki,Azərbaycanda ölüm cəzası yığışılıb:(

Şərhinizi yazın