Menu
Geri İrəli

WhatsApp-da möhtəşəm yenilik

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Sentyabr 2014 • Baxış sayı: 597 dəfə • Şərh yoxdur
Share Button

Dünyanın ən məşhur mesajlaşma proqramı olan WhatsApp istifadəçiləri üçün yenilik hazırlayır.

  votcapANS PRESS-in məlumatına görə, smartfonlarına və planşet kompüterlərinə bu proqramı yükləmiş şəxslər pulsuz telefon zəngləri funksiyasından yararlana biləcəklər.
WhatsApp-ın baş direktoru Yan Kum Mobile World Congress-də çıxışında pulsuz telefon zəngləri funksiyasının proqrama 2014-cü ilin ikinci rübündə əlavə olunacağını bildirmişdi.
FirstPost bildirir ki, yeniliyin tətbiqinə çox az qalıb. WhatsApp-da “Hang up”, “Incoming call” və “Outgoing call” funksiyaları olacaq. İnnovasiya ilk əvvəl Android və iOS əməliyyat sistemləri ilə çalışan smartfonlarda, sonra isə Nokia və BlackBerry telefonlarında tətbiq olunacaq.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın