Menu
Geri İrəli

Xaricdə təhsil alan sumqayıtlı gənclərlə görüş keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Avqust 2013 • Baxış sayı: 261 dəfə • Şərh yoxdur
Share Button

tehsil

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

20 avqust 2013-cü il tarixində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsində xarici ölkələrdə ali təhsil alan sumqayıtlı gənclərin bir qrupu ilə görüş keçirilmişdir.

Baş İdarənin rəisi Musa Həsənov azərbaycanlı gənclərin xarici ölkələrdə təhsili tarixindən bəhs edərək, keçən əsrin 70-80-ci illərində Heydər Əliyevin bu sahədəki xüsusi xidmətlərindən söz açmışdır. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də bu sahəyə xüsusi diqqət ayırdığını, dövlət başçısının 2090 nömrəli, 16 aprel 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» çərçivəsində hər il gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil ocaqlarında təhsil almalarına şərait yaradıldığını təqdirəlayiq hal kimi nəzərə çatdırmışdır.

Sumqayıt Təhsil və Məlumat Mərkəzinin direktoru Günel Əsgərova rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə, gənclərin xaricdə ali təhsil alması sahəəsində görülmüş işlər haqqında geniş məlumat vermişdir. Vilnüs Univeristeinin tələbəsi, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü olmuş Nicat Nağıyev, Böyük Britaniyanın Kele Universitetinin mağistrantı Tural Həsənov, adı çəkilən ölkənin Mançester Universitetinin tələbəsi Mikayıl Murad və digər görüş iştirakçıları təhsildəki uğurlarından, qayğı və problemlərindən danışmışlar. Onlar diqqət və qayğıya görə dövlət və şəhər rəhbərliyinə dərin minnətdarlıq ifadə etmişlər.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın