Menu
Geri İrəli

Xaricdə təhsil alan Sumqayıtlı gənclərlə görüş

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Avqust 2009 • Baxış sayı: 234 dəfə • Şərh yoxdur
Share Button

18 avqust 2009-cu il tarixində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsində xaricdə ali təhsil alan sumqayıtlı gənclərin bir qrupu ilə görüş təşkil edilmişdir.
Görüşdə Baş İdarənin Gənclərlə iş üzrə şöbəsinin rəisi Rüstəm Sadıqzadə iştirakçıları salamladı, yeni qəbul olan tələbələri təbrik edərək görüşün mahiyyəti haqqında məlumat verdi. O, qeyd etdi ki, Baş İdarə hər il ənənəvi olaraq xaricdə ali təhsil alan sumqayıtlı tələbələrlə görüş təşkil edir, onlarla mütəmadı əlaqə saxlayır və onların məlumat bazasını toplayır. Baş İdarənin nəzdində “Sumqayıt Debat Klubu”nun sədri Esmira Musayeva “Xaricdə təhsil alan gənclər milli-mənəvi dəyərləri qoruyurmu?” mövzusunda diskusiyya təşkil etdi. Diskusiyya əsnasında xaricdə təhsil alan azərbaycanlı tələbələrin oxuduqları ölkədə Azərbaycanı tanıtması, milli-adət ənənələri təqdim etməsi, Azərbaycan diasporasının formalaşmasında tələbələrin rolu və xaricdə təhsil alan azərbaycanlı tələbələrin şəbəkələşməsi mövzuları ətrafında müzakirələr aparıldı. Aparılan müzakirələrdə bu sahələrdə yaranmış problemlər, onları həll etmək yolları və gələcək perspektivləri müəyyən edildi, xaricdə təhsil alan gənclərin vahid informasiya bazasının yaradılması və gənclərin şəbəkələşməsinin zəruriliyi də vurğulandı. Müzakirələrin sonunda iştirakçılara Baş İdarə tərəfindən ingilis, alman, fransız və rus dillərində nəşr olunan “Erməni fitnəsi-Sumqayıt hadisələri” kitabı təqdim edildi. İsmayıl Kərimov

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın