Menu
Geri İrəli

Sumqayıt Dövlət Universiteti yeni təhsil ilinə hansı yeniliklərlə başlayır?

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Sentyabr 2012 • Baxış sayı: 207 dəfə • Şərh yoxdur

Bu ilki qəbul imtahanlarında elan olunmuş müsabiqə üzrə Sumqayıt Dövlət Universitetində tələbə qəbulu müsabiqəsi üzrə elan olunmuş yerlər 100 faiz dolub. Bu il 1000-ə yaxın yeni tələbə əyani, 200-ə yaxın tələbə isə qiyabi əsaslarla universitetimizdə təhsil almaq imkanı əldə edib.
Eyni zamanda, universitetdə 50 illik yubileylə bağlı hazırlıq işləri gedir.
Təhsil ocağının tarixi və bu gününü özündə əks etdirən sənədli film, kitab və prospekt hazırlanıb.
Son üç ay ərzində universitetdə əsaslı yenidənqurma və abadlıq işləri aparılıb. Auditoriyalar, dəhlizlər təmir olunub, universitet binasının həyəti abadlaşdırılıb, təmir işləri həyata keçirilib.
Universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər görülüb, bütün şöbə və laboratoriyalar kompüter dəstləri ilə təchiz edilib. Artıq bir neçə aydır ki, universitet tələbələri və əməkdaşları yüksək sürətli Wi-Fi sistemi ilə internetdən universitetin hər bir yerində istifadə edə bilirlər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın