Menu
Geri İrəli

Tədris mərkəzinə şagird qəbulu elan edilir..

Müəllif: sumqayitxeber.com • Tarix: 12 İyul 2012 • Baxış sayı: 242 dəfə • Şərh yoxdur

Bir necə gün əvvəl Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Sumqayıtda açılmış yeni müasir təlim – tədris mərkəzinə şagird qəbulu elan etmişdir. Bu haqda AzərTAc-a ARDNŞ-in mətbuat xİdmətindən bildirmişlər. Artıq şirkətin Tədris və Sertifikatlaşdırma İdarəsinin nəzdində fəaliyyət göstərən Sumqayıt təlim-tədris mərkəzinə yaşı 29-dan çox olmayan, Sumqayıt şəhəri və Abşeron rayonunda qeydiyyatda olan, həmçinin həmin ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin üzvləri olan Azərbaycan vətəndaşları müraciət edə bilərlər.
Elektron formatda qəbul olunan sənədlər əsasında müsabiqəyə buraxılanlar iki mərhələli sınaqdan keçəcəklər-müsahibə və test imtahanlarından.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın