Menu
Geri İrəli

Sumqayıtda həvəskar velosipedçilərin ümumşəhər yarışı keçirilmişdir

Müəllif: sumqayitxeber.com • Tarix: 5 İyul 2012 • Baxış sayı: 279 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıtda “İdman ili” çərçivəsində həvəskar velosipedçilər arasında 2-ci ümumşəhər yarışı keçirilib.

Mərasimdə qeyd edilmişdir ki, böyüməkdə olan nəslin fiziki və mənəvi inkişafında idmanın rolu danılmazdır. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin reallığını ilk gündən düzgün qiymətləndirən Azərbaycan Prezidenti İlham Əliyev hər zaman gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış edir, bu təbəqəyə daim böyük diqqət və qayğı ilə yanaşır. Bu baxımdan ölkəmizdə, o cümlədən Sumqayıtda bədən tərbiyəsi və idmana böyük diqqət yetirilir. Təkcə son bir ildə dövlət başçısının iştirakı ilə şəhərdə böyük bir idman məktəbi və olimpiya kompleksi istifadəyə verilmişdir.
Artıq ənənə halını alan və Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, şəhər gənclər və idman baş idarəsinin təşkilatçılığı ilə keçirilən yarışda şəhərin ayrı-ayrı məhəllə və mikrorayonlarından 200-ə yaxın həvəskar velosipedçi iştirak etmişdir. Fidan balaların yarış iştirakçılarına dəstək verməsi tədbirə xüsusi gözəllik qatmışdır.
Yarışda Elmar İlyasov birinci, Ceyhun İlyasov və Emin Rüstəmov müvafiq olaraq ikinci və üçüncü yerləri tutmuşlar.
Qalib idmançılara pul mükafatı və xatirə hədiyyələri təqdim olunmuşdur.     Ətrabə Rzayeva ( AzərTAc)

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın