Menu
Geri İrəli

Sumqayıtda ARDNŞ-in yeni Təlim-Tədris Mərkəzi açılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 4 İyul 2012 • Baxış sayı: 213 dəfə • Şərh yoxdur

Bu gün ARDNŞ tərəfindən Sumqayıtda ilk dəfə olaraq müasir standartlar səviyyə¬sində inşa edilmiş Təlim-Tədris Mərkəzinin (TTM) təntənəli açılışı olub. ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə ARDNŞ- prezi¬denti Rövnəq Abdullayev Sumqayıtda “Azərikimya” İstehsalat Birliyi və digər müəssisələr üçün yüksək ixtisaslı, peşəkar kimyaçı fəhlə kadrların hazırlanması məqsədilə yaradılmış yeni TTM-in açılış rəmzi olan qırmızı lenti kəsib. Mərkəzin açılış mərasimində Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov, Qafqaz Universitetinin rektoru Ahmet Sanıç və universitetin müəllim heyəti, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Sumqayıt Texnologiya Parkının, “Azgüntex” və “Azkom¬pozit” zavodlarının, “Azərboru” və “Superfosfat” ASC-nin, Sumqayıt Kimya¬sənaye parkının, Karbamid zavodunun və ARDNŞ-in müvafiq strukturlarının rəhbərləri, Sumqayıt ictimaiyyə¬tinin, həmçinin respublikanın televiziya və mətbuat nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları Təlim-Tədris Mərkəzi ilə yaxından tanış olmuşlar. Mərkəzin birinci mərtəbəsində uzun illər Sumqayıtın neft-kimya müəssisələrində çalı¬şa¬raq, bu sa¬hə¬nin inkişafına öz töhfələrini vermiş, gələcəyin gənc kadrlarına örnək ola bi¬lən onlarla qabaqcıl kimyaçının foto-şəkillərindən ibarət xüsusi stend var. Gələcək kimyaçı fəhlə kadrların müasir texnoloji qurğuları mükəmməl idarə edə bilmələri, onla¬rın texnoloji sxemlərini və konstruksiyalarını daha yaxşı öyrənib-mənimsə¬mə¬ləri məqsədilə burada birneçə neft-kimya istehsalatının iri maketləri yaradılıb və bu, onların iş prinsipinin əyani olaraq öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Peşəsindən asılı olmayaraq, TTM-də fəhlə kadrların hər birinin əmə¬yin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını mükəmməl öyrənməsi üçün xüsusi tədris otağı da fəaliyyət göstərəcək. Gələcək peşə sahibləri bu mühüm sahə¬lər üzrə mövcud qaydaları öyrənəcək, təhlükəsizliyin və yanğından qorunmanın tə¬min olunması üçün müvafiq mühafizə sistemləri və vasitələri, həmçinin ilk tibbi yardım üsulları ilə tanış olacaqlar. İl ərzində yüksək ixtisaslı fəhlə kadrlar hazırlamaq imkanına malik olan TTM zəngin elmi-texniki ədəbiyyatın toplandığı kitabxana, 45 yerlik yeməkxana, linqafon və müşavirə otaqları, həmçinin təlim ustaları və nəzəri tədris mütəxəssisləri üçün xüsusi otaq¬larla təmin edilib.
Sumqayıt TTM-i ARDNŞ-in Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən idarə olunacaq. Hazırda İdarə tərəfindən TTM-ə yüksək ixtisaslı, səriştəli müəllimlər və ustalar cəlb olunub. Sumqayıtda ilk müasir TTM-lə tanış olan Rövnəq Abdullayev gənc fəhlə kadrların hazırlanmasında yüksək nəticələrə nail olunması üçün özünün müvafiq məsləhət və tövsiyələrini, göstərişlərini verib. LENT.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın