Menu
Geri İrəli

“Sumqayıt”dan 2 yeni transfer

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Avqust 2012 • Baxış sayı: 243 dəfə • Şərh yoxdur
Share Button
“Sumqayıt” növbəti transferlərini reallaşdırıb.Sportal.az xəbər verir ki, Xəyal Mustafayev və Elçin Xəlilov Bernhard Raabın rəhbərliyi altında çıxış edəcək.
Karyerası ərzində MOİK (16 oyun), “Kəpəz” (23 oyun), “Gəncə” (15 oyun), “Xəzər” (7 oyun, 1 qol), “Turan” (7 oyun), “Olimpik” (23 oyun, 1 qol) və heyətində 2 dəfə Azərbaycan çempionu olduğu “İnter”in (93 oyun, 5 qol) şərəfini qorumuş Xəyal yeni klubla 1 illik müqavilə imzalayıb.
“Qarabağ”, “Gənclərbirliyi” son olaraq isə “Simurq”da forma geyinmiş Xəlilov isə “Sumqayıt”la 2 illik müqaviləyə imza atıb.
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın