Menu
Geri İrəli

Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəsmi saytı yeniləndi

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Sentyabr 2012 • Baxış sayı: 284 dəfə • 1 şərh

Uzun müddətdir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin “sumqayit-ih.gov.az” domen ünvanında yerləşən rəsmi saytı fəaliyyət göstərmir. Bu günlərdə saytın dizaynında yenilik edilib. Digər şəhər və rayonların  icra hakimiyyətlərinin rəsmi saytlarının tərtibatından seçilməyən saytın məzmununda isə hələ ki yenilik yoxdur.

Qeyd edək ki, «Multimedia» İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi informasiya açıqlığı üzrə ictimai informasiya subyektlərinin monitorinqinin nəticələrinə görə şəhərlər üzrə ən aşağı informasiya açıqlığı göstəricisi Sumqayıt Şəhər İH əldə etmişdi.

Facebook Şərhləndirmə:

“Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəsmi saytı yeniləndi” yazısına bir cavab

  1. Zaur deyir:

    Yazıb sizə bildirirəm ki, 2014-ün yanvar ayından ailəmlə birlikdə Sumqayıt şəhəri, 18-ci mkr, ev 8, mənzil 15-də yaşayıram. Hərbçiyəm, ailəliyəm və 2 övladım var. İşimlə əlaqədar yaşayış yerini bir neçə dəfə dəyişmişik. Ona görə də, qızım 12 noyabr 2011-ci il təvəllüdlü Fətəliyeva Əsmər və oğlum 25 aprel 2013-cü il təvəllüdlü Fətəliyev Zakir indiyədək  məktəbəqədər təhsil almayıblar. Hal-hazırda işimlə əlaqədar qeyd etdiyim ünvandan kənardayam, lakin övladlarım yuxarıda qeyd etdiyim ünvanda yaşayırlar. Xahiş edirəm övladlarımın yaxınlıqda yerləşən 66 saylı uşaq bağçalarından birinə qəbul olunmasında mənə köməklik göstərəsiniz. Qabaqcadan təşəkkür edirəm. Hörmətlə, Zaur Fətəliyev.

Şərhinizi yazın