Menu
Geri İrəli

Qızıl Aypara Cəmiyyəti uşaqların dənizkənarı səyahətini təşkil etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 25 İyun 2012 • Baxış sayı: 257 dəfə • Şərh yoxdur

Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi Sağlamlıq imkanları məhdud uşaqların dənizkənarı səyahətini təşkil etdi

Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi Avstriya Qızıl Xaç Cəmiyyətinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Əlil uşaqların sosial inteqrasiyası”  layihəsi çərçivəsində  15 nəfər könüllü 30 nəfər əlil uşaqla evlərində fərdi olaraq məşğul olur. Beləki qüsurlu uşaqlara müəyyən bilikləri aşılamaqda, onların əyləncəsini təmin etməkdə və cəmiyyətlə kompleksiz ünsiyyət qurmaqda yardımçı olmağa çalışırlar. Məhz bu uşaqların istəkləri  nəzərə alınaraq 15 nəfər əlil uşağa notebooklar, 4 nəfər  uşağa isə əlil arabaları alınmışdır. Alınan notebooklar və əlilk arabaları “Qızıl Xaç və Qızıl Aypara günü” münasibəti Sumqayıt şəhərində ilə təşkil olunmuş respublika tədbirində uşaqlara paylanılmışdır.

İyun ayının 23-də  isə  layihə çərçivəsində  növbəti tədbir, əlil uşaqlara bir günlük dənizkənarı səyahət təşkil edilmişdir. Beləki layihədə olan əlil uşaqlar onlarla evlərində fərdi olaraq məşğul olan könüllülərlə birgə Novxanı çimərliyində gözəl gün keçirmişlər. Dənizkənarı səyahətdə həmçinin bəzi uşaqların valideynləri də iştirak edirdilər. İstirahəti zamanı könüllülər tərəfindən çimərliyin ərazisində Aypara çadırı qurulmuşdur. Səyahət iştirakçıları üçün meyvə, yemək və şirniyyat süfrələri təşkil olunmuş, müxtəlif oyunlar oynanılmış, viktorinalar keçirilmişdir. Çox gözəl, əyləncəli bir günün sonunda doyunca istirahər edən balaca dostlarımızın sevinci gözlərindən aydın hiss olunurdu.  Onların  sevincləri və təşəkkürləri QAC Sumqayıt şəhər bölməsinin kollektivi və könüllülərinə tədbirin təşkili zamanı çəkilmiş əziyyətləri belə unutdurmuş və gördükləri xoşməramlı işin məmnunluğunu yaşatmışdır.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın