Menu
Geri İrəli

Ölümlə nəticələnən ağır yol qəzası

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Avqust 2012 • Baxış sayı: 255 dəfə • Şərh yoxdur
Share Button

Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib. 

Hadisə ötən gecə 11-ci mikrorayon, Koroğlu küçəsində qeydə alınıb. Şəhər sakini, 28 yaşlı Azər Azadovun idarə etdiyi “Mercedes” markalı maşın yoldan çıxaraq əks istiqamətlə hərəkət edən “Hyundai” markalı avtomobilə, daha sonra isə yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Qəza zamanı dünyasını dəyişən şəxsin dini təriqətlərdən birinin fəallarından olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır. Hafiz Heydərov – APA

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın